Güney Azərbaycanda zəlzələdən dağılan bölgələrə dövlət yardım etmir - VİDEO

Güney Azərbaycanın güclü zəlzələ nəticəsində dağılan Xoy bölgəsinin əhalisi çarəsiz vəziyyətdədir, onlara yardım göstərilmir.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, sərt qış günləri və qazsızlıqdan əziyyət çəkən əhalinin vəziyyəti təbii fəlakətlə daha da pisləşib. Amma səlahiyyətli orqanlardan onlara yardım əli uzadan yoxdur.
Sakinlərin sözlərinə görə onların telefon zənglərinə cavab verilmir.
“Hətta bir ədəd çadır da vermirlər”, - deyə zərərçəkənlərdən biri şikayətində bildirib.
Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güney Azərbaycanda zəlzələdən dağılan bölgələrə dövlət heç bir yardım çatdırmır😔🤬Güney Azərbaycanın güclü zəlzələ nəticəsində dağılan Xoy bölgəsində aidiyyəti dövlət orqanları zəhaliyə heç bir yardım çatdırmır. Soyuq qış günlərində Xoyda baş verən zəlzələ zamanı zərər çəkən əhaliyə yardım əli uzadan yoxdur. Sakinlərdən biri deyir: “Bizim telefon zənglərimizə cavab verən yoxdur, hətta bir ədəd çadır da vermirlər”. Sakinlərdən birinin sözlərinə görə, nə İranın Qızıl Aypara Cəmiyyəti, nə də digər orqanlarının nümayəndələri zəlzələdən dağılan bölgəyə heç baş da çəkmir.(GADTB)عدم رسیدگی ارگانهای دولتی به وضعیت زلزله زدگان روستای پسک خوی #Güney_Azərbaycan #Xoy #zəlzələ