Gürcüstanda koronavirusa ikinci yoluxma faktı qeydə alınıb
13:54 28.02.2020
Aktual
423
Gürcüstan həkimləri ölkədə yeni koronavirusa yoluxma ilə bağlı ikinci faktı aşkar ediblər. TASS agentliyi xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze keçirdiyi brifinqdə bildirib.
Gürcüstan vətəndaşının İtaliyada virusa yoluxduğu bildirilir.
“Onun vəziyyəti qənaətbəxşdir”, - deyə A.Qamkrelidze qeyd edib.
Onun sözlərinə görə, hazırda epidemioloqlar koronavirusa yoluxan şəxsin ünsiyyətdə olduğu bütün insanları, o cümlədən Gürcüstana uçduğu təyyarənin sərnişinlərini və hava limanının gömrük işçilərini yoxlayırlar.
Gürcüstanda daha 25 nəfərin yeni koronavirusa yoluxma ehtimalı da yoxlanılır. A.Qamkrelidze virusa yoluxan insanların sayının arta biləcəyini istisna etmir.
Qeyd edək ki, Gürcüstanda ilk koronavirus infeksiyası fevralın 26-da aşkarlanıb. Virus İrandan Azərbaycan vasitəsilə ölkəyə qayıdan bir vətəndaşda tapılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət