Hafiz Paşayev:“Heydər Əliyev demokratiyanın əhəmiyyətini və dəyərini heç vaxt unutmurdu”
Yusif Nəzərli
07:41 02.05.2023
Aktual
382
“Ümummilli lider Heydər Əliyevin fəaliyyəti Azərbaycanı firavan ölkəyə çevirməyə istiqamətlənmişdi. O, demokratiyanın əhəmiyyətini və dəyərini heç vaxt unutmurdu”.
“Report” xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransın açılışında deyib.
“Belə konfranslar geosiyasətdə mövcud tendensiyaların müzakirəsi üçün unikal platformadır”, - rektor vurğulayıb.
O, tədbirdə 38 ölkədən 60-dan çox ekspertin iştirak etdiyini bildirib.
H.Paşayev Azərbaycan iqtisadiyyatının güclənməsində və inkişafında ulu öndərin rolundan danışıb:
“Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan sürətlə inkişaf etməyə başlayıb və bütün çətinliklərin öhdəsindən gəlib. Heydər Əliyev geosiyasətdə böyük qələbələr qazanıb”.
Onun sözlərinə görə, Cənubi Qafqaz və Xəzər dənizi regionu zəngin enerji resurslarına malik olduğuna görə hər zaman geosiyasi baxımdan diqqət mərkəzində olub:
“Azərbaycanın “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan boru kəməri kimi qlobal enerji layihələri isə Avrasiya regionunda gələcək əməkdaşlıq üçün yol xəritəsini formalaşdırıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
53 nömrəli marşrutun istiqaməti dəyişib
20:05 26.08.2026
İnfrastruktur
Cəlilabad rayonunda zəlzələ baş verib
19:53 26.08.2026
Hadisə
Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq - YENİLƏNİB
19:51 26.08.2026
Region
Azərbaycanda məscidlərin sayı açıqlandı
19:37 26.08.2026
Cəmiyyət
Rüstəm Minnixanov Mehriban Əliyevaya təbrik məktubu göndərdi
19:28 26.08.2026
Siyasət
“Bitcoin”in qiyməti 78 min dollara endi
19:13 26.08.2026
İqtisadiyyat
Şabranda layihənin icrası başa çatıb
18:59 26.08.2026
Ölkə
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi
18:53 26.08.2026
Gündəm
Tramp MKİ rəhbərinin Rusiyaya səfərindən danışdı
18:42 26.08.2026
Dünya
MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır
18:34 26.08.2026
Elm və Təhsil
Pezeşkianın qızı Mehriban Əliyevaya təbrik ünvanlayıb
18:26 26.08.2026
Gündəm
Tramp: Xamenei ölməyib
18:01 26.08.2026
Dünya
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib
17:50 26.08.2026
Ölkə
Tramp: ABŞ tezliklə İranda çox böyük bir qələbə qazanacaq
17:42 26.08.2026
Dünya
Azərbaycan XİN Pakistana başsağlığı verib
17:37 26.08.2026
Aktual
Zelenski cəbhə bölgəsinə səfər edib
17:00 26.08.2026
Dünya