Haftar hökumətə 3 sutka vaxt verdi: "Tərk etməsəniz..."

Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar Milli Razılıq Hökumətinə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bunu Liviya Milli Ordusunun mətbuat katibi general-mayor Əhməd əl Məsmari deyib.

Onun sözlərinə görə, Liviya Milli Razılıq Hökuməti 72 saat ərzində Tripoli və Siirt şəhərini tərk etməsə, bombardman başlayacaq.

Məsmari Milli Razılıq Hökumətinin Türkiyədən konfliktə müdaxilə edərək, yardım istəyinin də faydasız olduğunu bildirib.