Hələ heç nə bitməyib
00:06 22.06.2021
Aktual
7164
İrəvan küçələri yenə mübarizə meydanına çevriləcək
Seçkilərin nəticələri göstərir ki, ölkəni yenə Qərb dairələrinə bağlı Paşinyan idarə edəcək
"Ermənistan növbədənkənar parlament seçkilərinə siyasi xaos və qarşıdurma şəraitində getdi".
Bu fikirləri politoloq Nurlan Qələndərli "Şərq"ə açıqlamasında deyib. O qeyd edib ki, təbliğat-təşviqat mərhələsində baş verənlər – hakim və müxalif qüvvələrin bir-birinə qarşı ittihamları, etiraz aksiyaları və s. gərginliyin pik həddə çatmasını şərtləndirdi: "Seçki kampaniyası ərəfəsində siyasi qüvvələr tərəfindən səsləndirilən fikir və bəyanatlar xüsusilə iki məqamın üzərinə işıq saldı. Birincisi, bu ölkədə hələ də siyasi sistem təşəkkül tapmayıb, siyasi mədəniyyət yalnız kağız üzərindədir.
İkincisi, beynəlxalq arenada asılı dövlət kimi tanınan forpost Ermənistanda hələ də siyasilərin təfəkküründə müstəqillik ideyası yoxdur. Onlar hansısa xarici geopolitik mərkəzlərə bağlı olduqlarını bəyan etməklə özlərini önə çıxarmağa və siyasi xal qazanmağa çalışırlar. Bu isə Ermənistanın dövlət suverenliyinin olmamasının, de-yure müstəqilliyinin isə formal xarakter daşımasının təsdiqidir".
Seçkilərin nəticələrinə gəlincə, politoloq əlavə edib ki, bununla bağlı müxtəlif proqnozlar və ictimai sorğu təşkilatlarının fərqli rəyləri ifadə olunur:
"Düşünürəm ki, şanslı olan tərəf Nikol Paşinyan cəbhəsidir. İctimai reaksiyalar, müxalifətin davranışları, eləcə də bəzi geosiyasi mərkəzlərin yanaşması məhz məğlub Ermənistanın növbəti müddət üçün də Qərb dairələrinə bağlı olan Paşinyanın komandası tərəfindən idarə olunacağını göstərir. Doğrudur, bu seçkilərin nəticələri Nikolun təkbaşına hökumət qurmasına imkan verməyə, koalisiya yaratmaq zərurətini ortaya çıxara bilər. Amma təkrar seçkilərin nəticəsində Paşinyanın yenidən hakimiyyətə yiyələnəcəyini proqnozlaşdırmaq çətin deyil. Hərbi-siyasi cinayətkar Koçaryandan isə bəlli xarici güc mərkəzləri tərəfindən Ermənistanda “ana müxalifət” obrazı kimi istifadə ediləcəyi aydındır. Beləliklə, hazırkı situasiya deməyə əsas verir ki, 21 partiya və 4 blokun qeydiyyatdan keçdiyi seçkinin nəticələrindən asılı olmayaraq, Ermənistan yeni siyasi kataklizmlərə, ictimai-siyasi böhrana sürüklənəcək. Qalib gələcək tərəfin öz rəqiblərinə qarşı siyasi-hüquqi təqiblərə başlayacağı, məğlubların isə etiraz aksiyaları təşkil edəcəyi, vətəndaş itaətsizliyi aksiyalarının yenidən start götürəcəyi proqnozlaşdırılandır. Bir sözlə, məğlub ölkədə məhkəmələr və küçə-meydanlar yenidən siyasi mübahisə obyektinə çevriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm