Hər şey Türkiyə cəmiyyətinin seçimindən asılı olacaq
Hər şey Türkiyə cəmiyyətinin seçimindən asılı olacaq
Yusif Nəzərli
07:08 16.12.2022
Aktual
398
Tural Abbaslı: "Ərdoğan İmamoğlunu həbs yolu ilə siyasətdən kənarlaşdırdı" kimi iddiaları qətiyyən doğru saymırıq"
"Həbs söhbəti müxalifətin, xüsusən Əkrəm İmamoğlunun işinə yarayıb, nəinki hakim AKP-nin. Hadisələri tələsdirməyin tərəfdarı deyiləm"
Türkiyə məhkəməsi İstanbul meri Əkrəm İmamoğlunun Yüksək Seçki Qurumunun (YSK) sədrini və üzvlərini təhqir etdiyi iddiası ilə 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. İmamoğlu barəsində siyasi fəaliyyətin qadağan edilməsi prosesi də başladılıb. Qərarın qüvvəyə minməsi üçün Apellyasiya Məhkəməsi və Ali Məhkəmə prosesləri başa çatmalıdır. Həbs cəzasının müddəti üç ildən az olduğu üçün İmamoğlu həbsə girməyəcək. Ali Məhkəmə hökmü qüvvədə saxlasa, onun bir sutka həbsxanada qalacağı, bələdiyyə sədrliyi və CHP-yə üzvlükdən çıxarılacağı gözlənilir. İstanbul bələdiyyə sədrinin həbs olunma ehtimalı Türkiyə gündəminin əsas müzakirə mövzusuna çevrilib.
Xəbər ölkədən kənarda da rezonans doğurub. ABŞ Dövlət Departamenti İstanbulun meri Əkrəm İmamoğlu ilə bağlı həbs qərarı və onun siyasi fəaliyyətinə qadağa qoyulması ilə bağlı açıqlama verib. Qeyd olunub ki, Dövlət Departamenti İmramoğlunun həbs cəzasına məhkum edilməsindən dərin narahatlıq və məyusluq keçirir".
Bir sıra müşahidəçilər İstanbul meri ilə bağlı məhkəmə qərarının siyasi motivli olduğunu iddia ediblər. Məhkəmə hökmlərinin Türkiyədə 2023-cü ildə prezident və parlament seçkilərinin keçirilməsinə bir neçə ay qalmış çıxarılmasına diqqət çəkiblər.
Tənqidçilər Türkiyə məhkəmələrinin Prezident Ərdoğanın iradəsinə tabe olduğunu qeyd edirlər. Türkiyə hökuməti məhkəmələrin müstəqil olduğunu bildirir. Əkrəm İmamoğlunun sosial şəbəkədə 10 il əvvəl etdiyi paylaşımı da yenidən müzakirələrə səbəb olub. Türkiyədə yerli seçkilər ərəfəsində atılan tvitdə İmamoğlu gələcəkdə Türkiyədə hakimiyyətə gələcəyinə eyham vuraraq arzusunu ifadə edib: "Beylikdüzündə iqtidar olmadan bizə yuxu yoxdur. Bilin ki, ardından İstanbulda, Türkiyədə iqtidarıq". Sosial şəbəkələrin Türkiyə seqmentində insanlar İmamoğlunun üçüncü arzusunun reallaşıb-reallaşmayacağını müzakirə edirlər. Xatırladaq ki, "altılı masa" kimi xarakterizə olunan 6 partiyadan ibarət müxalifət blokunun prezident seçkisinə vahid namizədi hələ müəyyənləşməyib. Bəzi şərhçilər İmamoğlunun vahid namizəd ola biləcəyini gündəmə gətiriblər.
AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyənin siyasi səhnəsində baş verən proseslər Azərbaycan ictimaiyyətində də diqqətlə izlənilir. Partiya rəhbəri vurğulayıb ki, qardaş ölkənin siyasi gündəmi Azərbaycandakı partiyalar üçün də maraqla qarşılanır:
"Detallara girmək istəmirəm, amma ümumən deyim ki, Türkiyə məhkəmələrinin ədalətinə şübhə etmirəm. Türkiyədə məhkəmələr xalqın və qanunların iradəsini təmsil edir. Qardaş ölkənin hüquq sistemini şübhə altına almağa ixtiyarımız yoxdur. Biz Türkiyədə Ədalət və İnkişaf Partiyasının, o cümlədən hörmətli Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə qalmasını arzulayırıq. Əlbəttə, hər şey Türkiyə cəmiyyətinin seçimindən, iradəsindən asılı olacaq. "Ərdoğan İmamoğlunu həbs yolu ilə siyasətdən kənarlaşdırdı" kimi iddiaları qətiyyən doğru saymırıq. Türkiyədə ötən gündən gedən proseslər göstərir ki, İstanbul bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu həbs olunmazsa belə yaranmış vəziyyətin özü artıq onun reytinqini qaldırıb. Az qala müxalifət düşərgəsinin "de-fakto namizədi"nə çevrilib və əsas rəqiblərdən biri olub. Yəni sözügedən həbs söhbəti müxalifətin, xüsusən Əkrəm İmamoğlunun işinə yarayıb, nəinki hakim AKP-nin. Hadisələri tələsdirməyin tərəfdarı deyiləm. Proseslərin aydınlaşmasına ehtiyac var. ABŞ və Qərb ölkələrinin tez-tələsik bu məsələyə reaksiya verməsini də yersiz hesab edirəm. Bunlar Türkiyənin daxili işidir. Kobud şəkildə kənar müdaxilələr etik deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq