
İki bacını özünə kəbinli arvad edən məktəb direktorundan XƏBƏR VAR:“3-cü həyat yoldaşı da...”
Yusif Nəzərli
12:15 16.09.2022
Aktual
686
İki bacını özünə kəbinli həyat yoldaşı edən Yardımlı rayon Arvana kənd məktəbinin direktoru Kamran İsayev haqqında yeni məlumat var. “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında qeyd etdi ki, məktəb direktorunun 3-cü həyat yoldaşının da olması haqda məlumat əldə edilib. M.Zeynalova məktəb direktorunun onu məhkəmə ilə hədələməsinə gəlincə, “məni məhkəmə ilə qorxudur?!
Qoy versin”, dedi. M.Zeynalova “kəbinli ərindən” qaçıb paytaxta gəlmiş qadının hazırda polisin himayəsində olduğunu və ona kimsənini zərər verə bilməyəcəyini söylədi.

Baş vermiş hadisənin araşdırıldığını deyən M.Zeynalova bu səbəblə əlavə məlumat verə bilməyəcəyini qeyd etdi, qısaca bunu dedi ki, bacısının həyat yoldaşı ilə kəbininin kəsilməsindən qadının xəbəri olmayıb, kəbin kağızını ona göstərib, “bu, sənin ərindir”, deyiblər.
Xatırladaq ki, M.Zeynalova Yardımlı rayonundan bir qadının uşağı ilə ayaqyalın qaçıb Bakıya gəldiyi barədə sosial şəbəkədə məlumat paylaşıb:
“Səbəb, sap-sağlam olan bacısının mövcud əri onu evlənməyə məcbur edib. Qızın ailəsi də bu izdivacda həmin "ərə" yardım üçün iştirak edib. Demək, gedib qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki, sən mənim kəbinli arvadımsan. "Ər" qızı boğaraq onula zorla ərdə olmasını tələb edib. Maraqlı bilirsiz nədir? Orta əsir qaydalarını icra edən gələcək "ər" Arvana kənd məktəbinin direktorudur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mümkünsə bu direktorla məşğul olun. Əgər bu belədirsə həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır”. Sözügedən məktəbin direktoru isə M.Zeynalovanı “haqqında şər-böhtan xarakterli məlumat yaydığı üçün” məhkəməyə verdiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol