İki mesaj... - İrəvan zaman qazanmağa çalışır
Yusif Nəzərli
20:18 26.01.2022
Aktual
718
Paşinyanın açıqlaması göstərir ki, sülh prosesi uzanacaq
"Delimitasiya müqaviləsi imzalanacağı və buna uyğun demarkasiya prosesi başlayacağı təqdirdə, mövqe dəyişiklikləri xəritəyə uyğun aparıla bilər"
Ermənistan Baş naziri Nikol Paşinyan yeni ilin ilk mətbuat konfransında müzakirələrə səbəb olacaq açıqlamalar verdi. Sirr deyil ki, konfransın keçirilməsi zərurəti prezident Sarkisyanın istefası fonunda yaranmışdı. Lakin erməni baş nazir bundan Qarabağ və sərhəd məsələsi ilə bağlı mövqeyini yeniləmək üçün də istifadə etdi. Paşinyan Azərbaycanla sülh sazişinin əleyhinə olmadığını söyləsə də, əlavə etdi ki, bu saziş formalaşdırılmalı və bunun üçün danışıqlar aparılmalıdır. Baş nazirin açıqlamasında “Dağlıq Qarabağ”ın və Minsk qrupu formatının adının çəkilməməsi diqqət çəkir. Ekspertlərin fikrincə, Nikol Paşinyan bununla iki mesaj verir. İlk növbədə erməni cəmiyyətinə “sülh sazişi” ilə bağlı atacağı addımları açıqlayır. Göstərir ki, İrəvan bu məsələyə müqavimətsiz razılaşmayacaq, danışıqlarda öz şərtlərini də irəli sürəcək. Eyni zamanda Azərbaycan tərəfinin “altı aylıq müddət” mesajına “başlamağa hazırıq” cavabını verir.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında bildirib ki, “sülh sazişi” ilə bağlı danışıqlar o deməkdir ki, Bakının tələbləri ilə yanaşı, İrəvanın da istəkləri olacaq. Ekspertə görə, bu, prosesin uzanması riskini artırır:
“Rəsmi İrəvan indiki situasiyada zaman qazanmağa çalışa bilər. Ermənistan Minsk qrupunun proseslərdə mümkün iştirakı üçün şəraitin yetişməsini gözləyir. İrəvan hökuməti ABŞ-Rusiya qarşıdurmasında Ankara-Moskva münasibətlərinin korlanacağına ümid edir və bunu Bakının əlini zəiflədəcəyi fürsəti kimi görür. Nikol da anlayır ki, saziş sərhəd və ərazi bütövlüyünün tanınması deməkdir. Lakin prosesi uzatmaq istəyi sərhəd və regional kommunikasiyaların açılması işində Ermənistanın maraqlarının təmin edilməsinə də hesablana bilər. Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fikirləri də diqqət çəkir. Baş nazir Madrid prinsiplərində ərazi bütövlüyü prinsipini xatırladır, lakin “öz müqəddəratını təyin etmə” məsələsinə toxunmur. MDB-yə üzv olarkən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir. 1996-cı ilin Lissabon sammitində münaqişənin həlli ilə bağlı qəbul edilən üç prinsipi, 1999-cı ildə İstanbul sammitində “Dağlıq Qarabağın” danışıqlardan çıxarılmasını xatırladır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə toxunur. Erməni baş nazir bununla daxili auditoriyaya iki mesaj verir. Birincisi, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdurlar və bunun günahkarı o deyil. İndiyə qədər qəbul edilmiş sənədlər bunu tələb edir. İkincisi, Ermənistan bundan öncə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. O, ilk belə addım atmayacaq”.
A.Nərimanlıya görə, Paşinyanın əsas problem yaratdığı məqam sərhədin delimitasiya və demarkasiyasıdır:
“Paşinyan sərhədin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanın tezliklə yaradılmasını istəyir. Lakin bununla bağlı təkliflərini Rusiya vasitəsilə Azərbaycana çatdırır. Təkliflərin nə olduğu açıqlanmır. Hərçənd, Soçi razılaşmasına görə sərhədlə bağlı komissiya qısa zamanda yaradılmalı idi. Görünür, Ermənistan komissiyanın yaradılmasını öz istəkləri çərçivəsində icra etmək niyyətindədir. Bu təklifin nədən ibarət olduğunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müəyyən qədər açıqlamışdı. İrəvan “güzgü prinsipi”ni təklif edir. Bu, qoşunların əvvəlki mövqelərinə çəkilməsi və delimitasiya-demarkasiya prosesinin bundan sonra başlanması deməkdir. Azərbaycan may ayından etibarən Ermənistanın işğal dövründə irəli çəkdiyi dövlət sərhədini praktiki olaraq bərpa etməyə başlayıb. Delimitasiya müqaviləsi imzalanacağı və buna uyğun demarkasiya prosesi başlayacağı təqdirdə, mövqe dəyişiklikləri xəritəyə uyğun aparıla bilər. Paşinyan bunun asan olmadığını anlayır. Təklifin Rusiya vasitəsilə göndərilməsi Moskvanın bu məsələdə ən azı neytral mövqeyi tutmasından xəbər verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm