İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşdü
17:56 20.02.2020
Aktual
362
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti ilə görüşüb.
Senatın Sədri Maria Elisabetta Alberti Kaselatti dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.
Azərbaycan Prezidenti və İtaliya Senatının Sədri birgə foto çəkdirdilər.
İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kaselatti özünün Azərbaycana, Birinci vitse-prezident Mehriban Əliyevanın isə Romaya səfərlərini xatırlatdı. O, ölkələrimiz arasında dostluğun hərtərəfli surətdə genişləndiyini qeyd etdi. İtaliya Prezidentinin ölkəmizə rəsmi səfərini vurğulayan Senatın Sədri tarixi əlaqələrə əsaslanan Azərbaycan-İtaliya əməkdaşlığının bütün sahələrdə inkişaf etdiyini bildirdi.
Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya rəsmi səfərinin əhəmiyyətini qeyd etdi. Prezident dedi ki, bu səfər əlaqələrimizin yüksək səviyyədə olduğunu bir daha göstərdi. Dövlətimizin başçısı İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlərin böyük əhəmiyyət daşığını qeyd etdi. Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin əlaqələrimizi yeni yüksək səviyyəyə qaldıracağını bildirdi. Xüsusi qeyd olundu ki, İtaliya Azərbaycanın Avropa ölkələri arasında siyasi, iqtisadi və ticarət baxımından əsas tərəfdaşıdır.
Görüşdə parlamentlərarası əlaqələrin böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırıldı, Azərbaycan ilə İtaliyanın ATƏT Parlament Assambleyası, AŞPA və digər qurumlarda da əməkdaşlıq etdiyi vurğulandı. TAP layihəsinin uğurla reallaşdırılmasının, həmçinin İtaliya şirkətlərinin Azərbaycanda enerji və digər sahələrdəki layihələrdə iştirakının əhəmiyyəti qeyd edildi.
Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm