
İmkanlar tükənir, Qərb yorulub: Zelenski atəşkəs barədə düşünməlidir
Yusif Nəzərli
04:55 28.11.2023
Aktual
404
“Ukraynanın etnik ruslar yaşayan şərq bölgələrində ərazi bütövlüyünün bərpası zamanın öhdəsinə buraxılmalıdır”
Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya ilə müharibəyə və qələbəyə təkan verəcək üç əsas məsələ lazımdır. Zelenskinin sözlərinə görə, ilk uğur ABŞ Konqresinin Ukraynaya yardımla bağlı qərarı olacaq: “Ukrayna yardımın olması üçün əlindən gələni etməlidir. İkinci məqam AB-nin dəstəyidir. Ukrayna 50 milyard avro məbləğində yardım paketi əldə etməlidir. AB-də hər kəs bu gün bu paketi dəstəkləməyə hazır deyil. Üçüncü isə Ukraynanın AB-yə gələcək üzvlüyü ilə bağlı dialoqun başlamasıdır. Bu, döyüş meydanında canını verənlər üçün motivasiyaedici addımdır”.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson isə deyib ki, Ukrayna Rusiya ilə barışmaqdan imtina edən ölkə rəhbərliyinin səhv hesablaması ucbatından Odessa və Xarkovu itirmək riski ilə üzləşib. Onun sözlərinə görə, ukraynalıların sülh əldə etmək şansı var idi, o zaman Xerson və Zaporojye bölgələri əlində qalacaqdı: "Amma indi artıq o şans itirilib. Ruslar bu əraziləri heç vaxt verməyəcəklər və çox güman ki, Xarkov və Odessa işğal ediləcək. Ukrayna hakimiyyəti ötən il Qərbin təsiri altında Rusiya ilə danışıqlardan imtina etməklə böyük səhvə yol verdi. İndi Zelenski hansısa yolla vəziyyəti yaxşılaşdıra bilməyəcək".
Politoloq Vasif Əfəndiyev "Sherg.az"a deyib ki, Rusiyanın Ukraynaya təcavüzünün ikinci ili yaxınlaşmasına baxmayaraq, işğalı dayandırmaq mümkün olmayıb. Ekspertin sözlərinə görə, müharibənin ilk günlərində Rusiya genişmiqyaslı hərbi əməliyyatlar hesabına qısa müddətdə bütün Ukraynanı işğal etməyi planlasa da, bu istək reallaşmadı:
"Ukraynanın Rusiyaya müqavimət göstərə bilməsi Avropa Birliyi ilə ABŞ-nin hərbi-siyasi və maddi dəstəyi ilə mümkün oldu. İki il ərzində müxtəlif rəqəmlər deyilsə də, fakt odur ki, edilən yardımlar Ukraynanın tam işğalına mane ola bildi. Artıq il yarımdır ki, döyüş bölgəsində tərəflər səngərlərdə mövcud mövqelərini qoruyub saxlamaqla məşğuldurlar. Ciddi müqavimətlə qarşılaşan Rusiya əməliyyatların genişlənməsində maraqlı görünmür. Heç V.Zelenski də bütün qüvvələrini xərcləyərək son döyüşə atılmaq üçün cəhd etmir. Münaqişənin durğunluq nöqtəsi ərəfəsində bildirmişdim ki, Zelenski 2014-cü il ildə olduğu kimi münaqişəni dondurmağa çalışmalıdır. Ukraynanın şərq əyalətlərinin geri qaytarılması üçün münbit siyasi şəraiti gözləmək daha məqsədəuyğun olardı".

Analitikin fikrincə, hazırda Qərbin Ukraynaya dəstəyi qaçılmazdır və bunu etməyə məhkumdur:
"Münaqişənin kompramissiz davam etdirilməsini Zelenskiyə məsləhət görən Qərbin özüdür. Ona görə də yükü çəkməyə məcburdur. AB və ABŞ yardımlarını davam etdirəcəklər. Buna baxmayaraq, Zelenski atəşkəs barədə düşünməlidir. Ukraynanın etnik ruslar yaşayan şərq bölgələrində ərazi bütövlüyünün bərpası zamanın öhdəsinə buraxılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi