
İndi günah həm sərnişindədi, həm sürücüdə... - VİDEO
Yusif Nəzərli
13:42 29.06.2022
Aktual
847
Elməddin Muradlı:“Sərnişinlər dayanacaqda minib-düşməyi öyrənməlidir, sürücülər də dayanacaqdan kənar avtobusu saxlamamalıdır"
Avtobus sürücüsü ilə sərnişin arasında dava xəbərləri ilə mütəmadi qarşılaşırıq. Yenə sosial şəbəkələrdə sürücü ilə sərnişin arasında yaranan davanın görüntüləri yayılıb. Mübahisə zamanı bir-birinə nalayiq ifadələr işlətdikdən sonra tərəflər arasındakı mübahisə əlbəyaxa davaya çevrilib. Sonra qadın sərnişin sükan arxasındakı sürücüyə hücum edib. Sürücü isə əsəbiləşərək qadını itələyib.
Bu zaman qadın sərnişin müqavimətini itirərək avtobusun qapısından çölə yıxılıb. Nəticədə qadın sərnişin xəsarət alıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev "EdNews"a açıqlamasında insidentin şəhərdaxili avtobusda baş verdiyini söyləyib:
“Hadisə 13 gün əvvəl, şəhərdaxili avtobusda yaşanıb. Artıq sürücünün polis tərəfindən ifadəsi alınıb və o, işdən azad edilib. Qadın sərnişin isə yüngül xəsarət alıb, o ambulator müayinə edilərək evə buraxılıb. Hazırda sağlamlığı ilə bağlı heç bir problemi yoxdur”.

Sürücü - sərnişin münasibətlərini "Sherg.az"a dəyərləndirən "Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlının qənaətincə, insanlar tənbəlləşib:
"Belə hadisələr sürücülər yox, sərnişinlər tərəfindən yaşanır. Sürücüləri təhqir edir, döyürlər.Sərnişinlər dayanacaqdan kənar düşmək, minmək istəyirlər. Az qala avtobusu evlərinin qapısına sürdürməyə çalışırlar. Kadrlardan görünür ki, günah sərnişin qadındadır. Bir neçə dəfə sürücünün üzərinə hücum edir. Sonda sürücü onu itələyir.
Doğrudur, o qadındır, sürücü təmkinli davranmalı idi. Amma sürücü də gün ərzində sükan arxasında, gərgin iş rejimindədir. Onu da düşünmək lazımdır. Görüntülər bütün sərnişinlərə və sürücülərə dərs olmalıdır. Hər şey videoya yazılır. Konfliktə getmək lazım deyil.
Sərnişinlər dayanacaqda minib-düşməyi öyrənməlidir, sürücülər də dayanacaqdan kənar avtobusu saxlamamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm