İnfeksionistdən çağırış: Virusun yox olduğu qənaəti ilə özümüzə və ətrafımıza zərər verə bilərik
Şəymən Bayramova
13:37 06.09.2020
Aktual
1191
Ölkədə tətbiq olunan qaydalar, karantin rejiminin mərhələli şəkildə yumşaldılması öz effektiv nəticələrini göstərir. Görülən əks-epidemik tədbirlərin səmərəliliyi nəticəsində pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb.
Hətta artıq bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verilib. Hazırda əsas məsələ əldə olunan bu müsbət dinamikanı qoruyub saxlamaqdır. Vətəndaşlardan tələb olunan isə yalnız məsuliyyətli olmaq, karantin qaydalarına riayət etməkdir.
İnfeksionist Süleyman Kamilovun fikrincə yumşalmalara gedilməsi pandemiyanın başa çatması anlamına gəlməməli və insanlarda arxayınlıq yaratmamalıdır.
O, Sherg.az-a verdiyi açıqlamada qeyd edib ki, yumşalmalardan sonra bəzi ölkələrdə xəstələrin sayında artım müşahidə olunur ki, bu, hər birimizi daha məsuliyyətli olmağa sövq etməlidir:
"Xüsusilə də payız-qış mövsümündə xəstəliklərin baş qaldırması koronavirusun yenidən alovlanmasına səbəb ola bilər. Ölkəmizdə yumşalma addımları da elə atılır ki, xəstələrin sayı kəskin artmasın. Dövlət tərəfindən qəbul edilən bütün qərarların arxasında məhz əhalinin sağlamlığı, rifahı, təhlükəsizliyinin təmini dayanır. Son günlər yoluxmada zəifləyən dinamika nəzərə alınaraq bəzi qadağalar ləğv edilib.
Xüsusən bu mərhələdə insanlarımız diqqətli olmalı və qorunma tədbirlərinə ciddi əməl etməlidir. Çünki bəzi ölkələrdə hələ də pandemiya ilə bağlı artımlar mövcuddur. Artıq bir sıra Avropa ölkələrində ikinci dalğa ilə bağlı fikirlər var. Ona görə də, virusun yox olduğı qənaəti ilə özümüzə və ətrafımıza zərər verə bilərik. Ani sərbəstlik və qaydalara əməl olunmaması, kütləvi toplaşma zamanı sosial məsafənin gözlənilməməsi yenidən yoluxma artımına səbəb olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı