İran 2000-ci ildən Borçalıya dini emissarlar göndərir
Yusif Nəzərli
09:43 24.06.2022
Aktual
623
Bölgədə Azərbaycanın dini təsirini İranın əvəzləməsində Gürcüstanın da öz maraqları var
“İranın Borçalıda “dini kanton” yaratmaq imkanı 2011-ci ildə - QMİ təsir gücünü itirməyə başladığı dövrdə yarandı”. Bu barədə “Şərq”ə siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, Gürcüstanın 2003-cü ildən sonra dini icmaların dövlət nəzarətinə götürülməsi prosesində ilkin hədəfi Rusiya kilsəsinin təsirini azaltmaq idi: “Dalğa 2009-cu ildə Borçalıya da çatdı və QMİ yalnız 3 il - 2011-ci ilə qədər müqavimət göstərməyi bacardı. Ya müqavimət göstərə bilməməkdən, ya da strateji yanlışların nəticəsində, yaxud hər iki səbəbdən Azərbaycan dini təsir gücünü itirdi.
Əvəzində İran aktiv şəkildə bölgəyə daxil oldu. İran hələ 90-cı illərin sonu 2000-ci illərin əvvəlində Qum və Məşhəddən Borçalıya dini emissarlar göndərir. Şərtlərin yaranmasına hazırlaşırdı. Bölgədə Azərbaycanın dini təsirini İranın əvəzləməsində Gürcüstanın da öz maraqları var. 2018-ci ildə bu mövzuları bir az araşdırmışdım.
Hələ o vaxt Borçalı bölgəsində İranın şeyx düzəltdiyi Mirtağı Əsədovun rəhbərliyində 500-dən çox aktiv iştirakçı var idi. İndi sayları bir qədər də artıb. M.Əsədov 2011-ci ildə Azərbaycan vətəndaşlığından imtina edərək, Gürcüstan vətəndaşlığını qəbul etdi. Sonra baş verənlər hər şeyin illərlə hazırlanan planın parçası olduğu aydın olur.
Bölgədə dini təsirin itirilməsi ciddi strateji səhvimiz idi. Bundan sonra Borçalıya yenidən qayıtmaq da asan görünmür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya