İran razı olmayacaq! – “Orada Azərbaycanın mədəniyyət mərkəzinin açılması...”
Yusif Nəzərli
13:54 22.06.2022
Aktual
666
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Azərbaycanın İranda mədəniyyət mərkəzinin açılmasını təklif edib. Bunu A.Kərimov İranın İslami əlaqələr və mədəniyyət təşkilatının sədri Məhəmməd Mehdi İmanipurla görüşdə bildirib. Həmçinin M.İmanipur İran və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyinin ildönümü ərəfəsində iki ölkə arasında əlaqələrin möhkəmlənməsi üçün yeni üfüqlər yarandığını vurğulayıb. Eyni zamanda İran və Azərbaycan arasında mədəniyyət sahəsində möhkəm əlaqələrin olduğunu qeyd edib.
“İki ölkə mədəniyyət sahəsində əlaqələrin inkişafına səy göstərməlidir”.
A.Kərimov Azərbaycanın İranla müştərək mədəni, incəsənət, teatr və kino sahəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. Bununla yanaşı İran və Azərbaycan arasında müştərək mədəniyyət mərkəzlərinin yaradılması zərurətindən danışıb. İranın mədəniyyət mərkəzinin Bakıda fəaliyyətindən məmnunluğunu ifadə edib:
"İstərdik ki, Azərbaycanın İranda mədəniyyət mərkəzi təsis olunsun və fəaliyyət göstərsin".
Onun sözlərinə görə, 2024-cü ildə Şuşa şəhəri İslam paytaxtı kimi təqdim olunacaq. Bununla da Şuşa şəhərinin daha da tanıdılmasına zəmin yaranacağını diqqətə çatdırıb.
Təklifi dəyərləndirən “Güney Azərbaycan Demokratik Türk Birliyi”nin rəhbəri Əjdər Tağızadə "Sherg.az" a bildirib ki, İran orada Azərbaycanın mədəniyyət mərkəzinin açılmasına razı olmayacaq:
"Hələ indiyə kimi orada belə mədəni mərkəzlərin yaradılmasına izin verməyiblər, əngəl olublar. Onların dardüşüncəliyi bir yana, Azərbaycan məsələsinə də çox həssas yanaşırlar. Çünki İranda ölkəmizin bir mədəni mərkəzi açılarsa, əlbəttə ki, orada yaşayan Azərbaycan türkləri addımı dəstəkləyib, alqışlayarlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya