
İranın Azərbaycandakı casus şəbəkəsi! – Əməliyyat! - Sonu yaxınlaşır
İranın Azərbaycandakı casus şəbəkəsi! – Əməliyyat! - Sonu yaxınlaşır
Yusif Nəzərli
10:41 02.05.2023
Aktual
401
"İran 30 ilə yaxındır ki, Azərbaycanda milyardlarla pul xərcləyərək, özünün şəbəkəsini yetiştirir".
Bunu "Sherg.az"a açıqlamasında Güney Azərbaycanın milli fəalı, Güney Azərbaycan Televiziyasının (GünAzTV) rəhbəri Əhməd Obalı Əhməd Obalı İran cəsus şəbəkəsindən danışarkən deyib.
O vurğulayıb ki, bu agentlərin bəzilərinə İranda, bəziləri isə Azərbaycanda təlim keçirilib:
"Bunun haqqında Azərbaycan Xüsusi Xidmət orqanlarının məlumatı var və şəbəkənin sonunu gətirmək üçün əllərindən gələni edirlər. Lakin bu barədə cəmiyyəti də maarifləndirmək lazımdır. Çünki İran rejimi həm din faktorundan istifadə edərək fanatik bir qrup yaradıb, həm də Azərbaycandan bir qrupu İrana apararaq onlara farsmeyilli dini və hərbi təlimlər verib. Bu isə özünü zəmanət altına almaq istəyən rejimin davamlı siyasətidir. Onlar din faktorundan istifadə edərək, Məşədə, Kərbəlaya zəvvar daşıyıb və farsmeyilli insanlar yetişdirib. Ümumiyyətlə İran dövləti farsçılıq üzərində qurulduğuna görə, türk amili olan Şimali və Cənubi Azərbaycan onun gözündə düşmən sayılır. Bu düşmənçilik isə, ermənilərə dəstək və Azərbaycan əleyhinə açıq-aşkar fəaliyyətdə özünü göstərir".

Ə.Obalının sözlərinə görə, Azərbaycan illərdir İran agentlərinə qarşı inamlı mübarizə aparsa da onların sonu gəlmir:
"Bu isə təbiidir və tezliklə bu şəbəkədən qurtulmaq olmayacaq. Onların davamlı üstünə gedilməli və şəbəkələrini dağıdaraq yenidən qruplaşmalarına imkan verilməməlidir. Digər tərəfdən bu insanları həbsə atmaq kifayət etmir. Həm də ölkədə maarifləndirmə aparılmalıdır. Çünki İran şiə məzhəbini farsçılığın qulluğunda olan bir amil kimi gücləndirib. Şimali və Cənubi Azərbaycandakı ziyalılar millətin bu kəsimini aydınlatmalıdır. Çünki dini İrana yapışdırmaq və şiəliyi farsların qulluğunda göstərmək islamın əleyhinədir. Digər tərəfdən molla rejimi təkcə cəmiyyət arasında yox, həm də Azərbaycanın, siyasətində, akademiyalarında və jurnalistlərin arasında özünə yer açıb. Yəni hərtərəfli hazırlığı var. Bu səbəblə də cəsus şəbəkəsini çökdürməklə paralel olaraq, irançılıq qanunları toplumun bütün kəsimlərindən təmizlənməlidir. Biz də Güney Azərbaycan televiziyası olaraq bu işdə boynumuza düşən milli vəzifəmizi icra edirik. Yəni GünAz TV-yə baxanlara Azərbaycançılıq ideyasının ən vacib önəmi kəsb etdiyini, din və məzhəbin isə insanla Allah arasında bir amil olduğunu çatdırırıq".
Qeyd edək ki, polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı, Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinə cəlb edilən 16 nəfər tutularaq istintaqa təhvil verilib.
Saxlanılan şəxslər dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitələrin satışını təşkil etməklə “kərimə dövlət”inin əlaqələrini dərinləşdirməyə çalışıblar.
Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.
Polis tərəfindən ifşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli inkarolunmaz faktlar var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm