"İrəvan yekun sülhə məcbur edilməlidir, əks halda..." - Şərh 

"Erməni KİV- i Azərbaycan və Ermənistan XİN- in sülh müqaviləsi üzərində işlədiyini yazır. Müqavilənin Moskvanın vasitəçiliyi ilə bağlanacağı gözlənilir".

 Bu sözləri siyasi analitik Rusif Məmmədsoy deyib. 

Məsələ barədə "Sherg.az"a danışan analitik Moskvanın proseslərdəki roluna da toxundu: "Rusiya bu məsələdə maraqlı olmalıdır. Ancaq İrəvan daxilindəki açıqlamalar heç də sülh müqaviləsinə hazır olmadıqlarını göstərir. Xüsusilə də dövlət rəsmiləri tərəfindən. İstənilən halda məcbur edilməlidirlər. Əks halda olacaqlar hər kəsə bəllidir".