Polşa Konstitusiya Məhkəməsinin hakimlərinə ictimai asayiş üçün yaranan təhlükə ilə əlaqədar məhkəmə binasına gəlməmək tövsiyə olunub. Onlara vəzifələrini distant qaydada icra etmək tapşırılıb.
Sherg.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” nəşri məlumat yayıb.
Polşa Konstitusiya Məhkəməsinin rəhbəri vəzifələrini faktiki icra edən hakim Anna Korvin-Petrovskaya xüsusi göstərişədək qurum əməkdaşlarının məhkəmə binasına gəlmək öhdəliyini dayandıran sərəncam imzalayıb.
Sənədə əsasən, əməkdaşlar əməkhaqları tam saxlanılmaqla işə gəlməkdən azad ediliblər. Yalnız xüsusi bildiriş alan şəxslər məhkəmə binasına gəlməlidirlər. Qurumun dəftərxanasının və rəsmi qəbul şöbəsinin fəaliyyəti də müvəqqəti dayandırılıb.
Korvin-Petrovskaya bu qərarı Konstitusiya Məhkəməsinin binası yaxınlığında ictimai asayişin pozulması riskinin artması ilə əsaslandırıb.
Qeyd edək ki, gecə saatlarında etirazçılar məhkəmə binasına hücum edərək onu ələ keçirməyə cəhd göstəriblər. Polşa Prezidenti Karol Navrotski konstitusiya quruluşunun pozulduğunu və məhkəmənin zorla ələ keçirildiyini bəyan edib. O, böhranı müzakirə etmək üçün Seneqaldan təcili qayıdaraq fövqəladə məsləhətləşmələr çağırıb.