“Kadr islahatı ilə bağlı ciddi addımlar atılır” - Proses davam edəcək !
Banuçiçək Kalbalıyeva
15:39 27.08.2020
Aktual
889
“Dövlət başçının qoyduğu tapşırıqları yerinə yetirməyənlər vəzifələrindən azad edilirlər və ediləcəklər”
“Bu tendensiyanın qarşısını almaq mümkün deyil”
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Mədəniyyət Nazirliyində ciddi yoxlamalar aparılır. Mədəniyyət nazirliyindəki mənbədən verilən məlumata görə, yoxlama Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun nəzarətində olmuş şöbələrdə gedir. Yoxlamaların nazirliyin tabeliyində olan digər idarələrdə də aparılması istisna edilmir.
Həmçinin, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində 1 ədəd “Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Göyçay rayon prokurorluğunda araşdırma aparılıb. Nəticədə cari ilin fevral ayında Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun göstərişi ilə həmin ağacın məhv edilməsi və nəticədə təbiətə 18 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Hər iki fakt göstərir ki, ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Millət vəkili Vahid Əhmədov “Sherg.az” açıqlamasında dövlətin bu istiqamətdəki siyasətini yüksək qiymətləndirib:
“Kadr islahatı ilə bağlı ciddi addımlar atılır. Müxtəlif vəzifələrə cavan kadrlar təyin olunur. Korrupsiyaya, rüşvətxorluğa qurşananlar tutduqları postlardan kənarlaşdırılırlar. Əlbəttə, bu proseslər davam edəcək.
Kimliyindən asılı olmayaraq səhvə yol verənlər, dövlət başçının qoyduğu tapşırıqları yerinə yetirməyənlər vəzifələrindən azad edilirlər və ediləcəklər. Bu tendensiyanın qarşısını almaq mümkün deyil. İnanıram ki, həyata keçirilən islahatlar müsbət nəticə verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya