“Kaş özünü öldürəydi…”
Yusif Nəzərli
22:24 24.06.2022
Aktual
705
Marmarisdə yanğın törədənin atası danışdı
Türkiyənin Marmaris bölgəsində 3 gündür davam edən və 3 min hektar meşə ərazisini məhv edən yanğını törətmiş Sacit Ayhanın atası Kadir Ayhan baş vermiş olaya təpki gəstərərək peşmanlıq içində “kaş ki, özünü öldürsəydi”, söyləyib. Xatırladaq ki, Marmarisdə meşə yanğını törətmiş şəxsin kimliyi bəlli olub və o, qısa zamanda Türkiyə polisi tərəfindən yaxalanıb. Oğlunun belə bir bağışlanmaz hərəkət törətdiyini öyrənən ata isə “onun belə bir iş görəcəyini heç təxmin etməzdim. Kaş ki, özünü oldürəydi, amma meşə yanmayaydı”, deyib. “Şərq” Türkiyə mediasına istinadən bildirir ki, S.Ayhanın atası “A Haber” televiziyasına açıqlama verib.
Açıqlama verən atanın son dərəcə üzgün, peşman olduğu gözdən yayınmayıb. “Bizim güzəranımız meşələr vasitəsilədir. Meşə bizə hər şey verir. Oğlum işə getmişdi. Geyimini dəyişdi, üzünü qırxdı, “axşam gələcəyəm”, deyib evdən çıxdı. Sonra meşədə yanğın çıxdığını bildim. Oğlum qayıtmamışdı. Narahat oldum ki, birdən yanğın zamanı meşədə olar, o da yanar. Zəng etdim, zəng çatmadı. Sonra motosikleti tapıldı. Sonra da özünün polis tərəfindən yaxalandığını öyrəndim. Biz arıçıyıq, arı təsərrüfatımız var. Meşə bizə çörək verir. Onu yandırmaq olarmı?!. Çox pərişanam...” deyən ata göz yaşlarını saxlaya bilməyib. Ata oğlu haqqında “sakit adamdı, axşam erkən evə gələr, yatar, səhər durub işə gedərdi, ondan bu hərəkəti heç gözləməzdim”, söyləyib.
Qeyd edək ki, meşədə yanğın törətməkdə şübhəli bilinən Sacit Ayhan polis tərəfindən yaxalanarkən əlində 2 kanistr benzin olub, sorğu zamanı meşəni yandırdığını etiraf edib.
Muğla II Jandarma Komandanlığı tərəfindən aparılan axtarışlara “Kadro” isimli it də qoşulub. İt benzin qoxusunu alaraq şübhəlinin yaxalanmasına yardım edib. S.Ayhan isə istintaqa ifadəsində ailədə problemləri olduğunu, ailəsinin ona torpaq sahəsi verəcəyini vəd etdiyi, lakin bundan vaz keçdiyini, bu səbəbdən də aralarında mübahisə düşdüyünü, spirtli içki qəbul etdikdən sonra benzinlə dolu kanistrləri götürüb meşəyə getdiyini və yanğın törətdiyini, əvvəlcə özünü də alovun içinə atmaq istədiyini, lakin qorxaraq oradan uzaqlaşdığını deyib. "CNN Türk"ə danışan Türkiyənin Daxili işlər naziri Süleyman Soylu şübhəlinin yaxalandığını, yanğın törətdiyini etiraf edən şəxsin ədliyyə orqanına təhvil verildiyini deyib, əlavə edib ki, son qərarı məhkəmə verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm