Koronavirusdan necə qorunaq? – Baş infeksionistdən əhaliyə VACİB TÖVSİYƏLƏR
15:57 29.02.2020
Aktual
376
Bu gün koronavirus infeksiyası ilə bağlı informasiyalar demək olar ki, bütün ölkələrin gündəmini zəbt edib. Dəhşətli virus ölkəmizə də gəlib çatıb. Artıq Azərbaycanda 3 nəfərdə koronavirus aşkarlanıb.
Bəs koronavirusdan necə qorunmaq olar?
Məsələ ilə bağlı respublikanın baş infeksionisti Cəlal İsayev Modern.az-a məlumat verib.
“Koronavirus əsasən hava və damcı yolu ilə keçir. Bu da insanların daha az məsafədə təmasda olmasından asılıdır. Bir metrdən artıq təmas olarsa bu zaman da yoluxma ehtimalı xeyli aşağı düşür. Əşyalar vasitəsilə də keçir. Məsələn, bir qələmi xəstə istifadə edir və biz də həmin qələmdən istifadə edib, əlimizi gözümüzə, burnumuza vursaq o zaman yoluxa bilərik. Tövsiyə edərdim ki, xəstə insanlarla təmasda olmayın, ictimai yerlərdə, xüsusilə də avtobus və metrodan istifadə edən şəxslər mütləqdir ki, əllərini tez-tez sabunla yusunlar. Əgər yumaq imkanı yoxdursa, özünüzlə spirt gəzdirin, bununla əllərinizi yusaz kifayət edər. Çalışın insanların çox toplaşdığı yerlərdən qaçın. Su içərkən də diqqətli olun ki, mənşəyi bəlli olmayan sulardan istifadə etməyin. Tibbi maskalardan istifadə etsələr daha yaxşı olar. Ancaq ondan istifadənin də müəyyən bir müddəti var. İki saatdan artıq istifadə edilməməlidir. İki saatdan artıq istifadə edilmiş maskalar öz keyfiyyətini itirir”.
Baş infeksionist insanları təşvişə düşməməyə çağırıb:
“Baxıram ki, insanlar təşviş içərisindədirlər. Virus adətən yaşlı və immuniteti zəif insanlara ciddi təsir edir. Mən vətəndaşlarımızı təşvişə düşməməyə çağırıram. Çünki koronavirus qripin bir növüdür, yəni deyildiyi qədər təhlükəli deyil. Hər kəsə bildirmək istəyirəm ki, koronavirus ölümcül virus deyil. Yəni hər zaman insanın ölümü ilə nəticələnmir. Təbii ki, içərisində yüngül olanları da var. Yəni kimsə düşünməsin ki, bir az xəstələnən kimi o dəqiqə koronavirus olacaq. Qətiyyən belə deyil, o fikri beyinlərinə yeridib, psixologilarına təsir edirlər. Nəticədə də insan fiziki cəhətdən özünü həm yorğun, həm də xəstə kimi hesab edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual