
“Lavrov yenə də Rusiyanın moderator olmasını istəyir” – AKTUAL ŞƏRH
Yusif Nəzərli
13:55 24.06.2022
Aktual
630
Ermənistan növbəti dəfə təxribata əl atıb. Hadisə iyunun 24-ü gecə saatlarında Laçın istiqamətindəki mövqlərimizdə baş verib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Lakin iki ölkə arasında sülh müqaviləsinə dair müzakirələr gedərkən və xüsusilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanda səfərdə olarakən bu kimi halların baş verməsi müəyyən siyasi siqnallar da ötürməmiş deyil.

Mövqelərimizin atəşə tutulması haqqında “Sherg.az”a danışan siyasi şərhçi Turab Rzayev bildirib ki, istənilən halda bu müsbət qarşılana bilməz:
“Lavrov yenə də Rusiyanın moderator olmasını istəyir. O, çıxışında Azərbaycan xarici siyasətinin Rusiya ilə uyğunlaşdırılmasını istədiyini qeyd edib. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasındakı müttəfiqlik müqaviləsi xüsusi önəm verilməsi lazım olduğunu bildirib. Amma belə bir halda sülh müqaviləsinin hazırlanmasına baxmayaraq, Qarabağdakı erməni silahlı birləşmələrinin hələ də tərk-silah edilmədiyi bəlli olur. Halbuki bu proses sülh bəyanatına qədər həll olunmalı idi. Bundan başqa Zəngəzur dəhlizi də açılmayıb. Bu sahədə Rusiyanın xüsusi təzyiqini görmürük. Eyni zamanda, Ermənistanla sərhədlərin delimitasiya, demarkasiya məsələləri də baş tutmayıb”.
T.Rzayevin sözlərinə görə, Rusiya öz tələblərinin əksinə hərəkət edir:
“Kreml Azərbaycanla müttəfiqlik əlaqələrinə önəm verdiyini deyir, lakin Rusiyanın daha çox Ermənistanın mövqeyini dəstəklədiyinin və Qarabağdakı seperatçıların dövlət kimi təqdim etmək cəhdlərinin şahidi oluruq. Bunların heç biri müttəfiqlik ruhuna uyğun deyil. Rusiya Azərbaycanın maraqlarına zidd addımlar atır.
Biz Brüsselin vasitəçiliyi ilə keçirilən görüşlərin müəyyən nəticəsinin olduğunu görürük. Lakin Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda heç bir nəticə əldə olunmur. Rusiya Qarabağ münaqişəsinin yeganə arbitrı qalmaq istəyir. Eyni zamanda, yeni təxribatlar baş verir.
Bunların heç biri nə Rusiya ilə müttəfiqlik, nə də qonşuluq əlaqələrinə uyğundur. Rusiyanın neytral ədalətli arbitr kimi Qarabağ münaqişəsinin həllində rol oynadığını görürük. Həm də Rusiya tərəfindən Ermənistana göstərilən təzyiqə də şahid olmuruq.
Ona görə, Rusiya həqiqətən də müttəfiqlik münasibətləri qurmaq, pozitiv qarşılanmaq istəyirsə, Qarabağ mövzusundakı ikiüzlü davranışını, anti-Azərbaycan mövqeyini korrektə etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm