
Lavrovun Ankaradan başlayıb Bakıda bitən səfəri: Yekun sülh olacaqmı? – ŞƏRH
Yusif Nəzərli
10:34 28.06.2022
Aktual
594
Xəbər verdiyimiz kimi, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlib. O, Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub. S.Lavrovun həmçinin,həmkarı Ceyhun Bayramovla görüşü baş tutub. Geniş tərkibli görüşdən sonra XİN başçıları brifiq keçiriblər.
Brifinqdə çıxış edən Cehun Bayramov Azərbaycan üçün münaqişənin keçmişdə qaldığını bəyan edib: “Ermənistanla münasibətləri normallaşdırmaq üçün bütün üçtərəfli bəyanatları yerinə yetirmək lazımdır. Azərbaycan üçün prioritet işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Yaxın gələcəkdə biz məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasının şahidi olacağıq”.
Qeyd edək ki, Sergey Lavrov Bakıdan öncə Ankara, İrəvan və Tehranda səfərdə olub.

Rusiya XİN başçısının səfərini “Sherg.az”a şərh edən analitik Asif Nərimanlı bildirib ki, Rusiya Cənubi Qafqazda Brüsselin vasitəçiliyini sıradan çıxarmaq istəyir:
“44 günlük müharibədən sonra əsas tərəflər Rusiya və Türkiyə idi. Daha sonra Avropa İttifaqının müəyyən qədər aktivliyi önə çıxdı. Əslində Ukrayna müharibəsinə qədər Aİ-nin vasitəçi olmasında Rusiyanın da maraqları var idi, xüsusən Minsk qrupuna qarşı alternativ yaratmaq üçün bu məsələdə maraqlı idi. Lakin Ukraynadakı müharibəsindən sonra bu maraq artıq qarşıdurma mövqeyinə çevrildi.
Bu baxımdan Rusiya üçün Qərbin vasitəçiliyini sıradan çıxarmağın yeganə yolu Türkiyənin iştirakını aktivləşdirmək idi. Səfərin də məhz Ankaradan başlanması buna hesablanmışdı. Yekun hədəf də “3+3 formatı”nın yaradılması və kommunikasiyaların açılmasıdır. Belə görünür ki, Ankarada müəyyən razılaşmalar əldə olunub. Amma siyasi arxitekturanı qurmaq üçün siyasi razılaşmalarda irəliləyiş lazımdır.Lavrovun Ankaradan sonra İrəvana getməsinin səbəbi də Ermənistan tərəfini razı salmaq idi. Ardınca Tehranda “3+3 formatı” müzakirə olundu. Yekun qərar da Bakıda verilir. Çünki Bakının mövqeyi yalnız bütün sahələrdə irəliləyiş olduqdan sonra dəyişə bilər”.
Analitikin fikrincə, Bakıda əsas müzakirə mövzusu Zəngəzur dəhlizi olub:
“Prezident İlham Əliyev də son açıqlamasında bu barədə deyib ki, bu dəhliz 10 noyabr razılaşmasına uyğun olaraq açılmaldır.
Bu açıqlama onu göstərir ki, Zəngəzur dəhlizinin “dəhliz” məntiqi ilə açılması gündəmdədir. Yəni, maneəsiz çıxış olmalıdır. Zənnimcə, S.Lavrovun səfərlərində bu məsələ aktual olub.
Bununla yanaşı, müzakirə mövzusu sərhədlərin delimitasiya məsələsidir. Lavrovun açıqlamasından anlaşılır ki, bu məsələ həm Prezident İlham Əliyevlə, həm də Ceyhun Bayramovla müzakirə olunub. Yekun məsələ isə sülh sazişinin imzalanmasıdır. Rusiya çalışır ki, burada əsas vasitəçi özü olsun.
Hesab edirəm ki, Lavrovun Ankaradan başlayıb Bakıda yekunlaşan səfərinin nəticəsində müəyyən irəliləyiş görə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm