Makron çağdaş Fransanın ən rəzil duruma düşmüş prezidentidir
Yusif Nəzərli
09:38 29.10.2023
Aktual
500
İndi də Qazaxıstan və Özbəkistan yolunu tutub
Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan və Özbəkistana 1-2 noyabr tarixlərində səfər edəcək. Yelisey Sarayından məlumat verilib ki, Fransa islahatlar və modernləşmə yolunda bu iki ölkəni dəstəkləməyə, beynəlxalq əlaqələrin şaxələndirilməsinə, eləcə də onların Avropa ilə münasibətlərini gücləndirmək niyyətinə töhfə verməyə hazırdır: "Qazaxıstan və Özbəkistanı Fransaya yaxınlaşdırmaqda məqsəd iqtisadi sahədə, xüsusilə enerji sektorunda, mühüm materialların tədarükü, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı və müdafiə sahələrində əməkdaşlıqdır”.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a deyib ki, Fransa Prezidenti Emmanuel Makronun birdən-birə Orta Asiyaya maraq göstərməsi daxili və xarici siyasətdə uzun-uzadı uğursuzluqlarla üzləşən bir dövlət başçısının öz "vacibliyini" sübut etmək cəhdindən başqa bir şey deyil. Ekspert vurğulayıb ki, E.Makron çağdaş Fransa tarixində ən rəzil duruma düşmüş bir prezidentdir: "O, ölkə içində tez-tez yumurta atəşinə tutulur, xalqın qarşısına rahat çıxa bilmir, daim geniş xalq kütlələrinin təpkisi ilə üzləşir. Fransa güclü dövlətdir, ənənələri olan dövlətdir, Avropa Birliyinin kilid ölkəsidir. Bütün bunlara baxmayaraq, Fransa Emmanuel Makronun yarıtmazlığı sayəsində hətta Azərbaycan kimi müqayisədə yetərincə kiçik bir dövlətin qarşısında belə duruş gətirə bilmir və cığallıq edir. Cənubi Qafqazda ortalığı qarışdırmaq, varlığını sübut etmək üçün erməniləri qurban verir. Makronun Qazaxıstan və Özbəkistan kimi türk dövlətlərinə səfər planlaması böyük oyunda "mən də varam" cəhdidir. Orta Asiya ölkələrinə sadəcə Türk Dövlətləri Təşkilatı çərçivəsində deyil, ümumiyyətlə, qlobal səviyyədə böyük maraq var. Xüsusən, Rusiyanın başına gələnlər fonunda Orta Asiya respublikaları daha çox önəm qazanır. Əlavə olaraq Çinlə qarşıdurmada yenə də Orta Asiyaya böyük ehtiyac yaranır. Ona görə də Avropa Birliyi və ABŞ "5+1" formatında xeyli müddətdir Orta Asiya respublikaları ilə işləyir".
A.Həsrət bildirib ki, Qazaxıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının qurucu üzvləridir: "Makron Türk Dövlətləri Təşkilatının üzvü olan Azərbaycan və Türkiyə ilə aranı düzəltmədən Orta Asiyada nəyəsə ümid edə bilməz. Əlbəttə, onu hörmətlə qarşılayacaqlar və hörmətlə yola salacaqlar, çünki qonağa sayğı türklərin qanında-canındadır. Amma bütün bunlar o demək deyil ki, Qazaxıstan və Qırğızıstan kimi bizə qardaş olan ölkələr Makronun səfində yer alacaq. Xeyr, boş yerə ümidlənməsin. O, məcburiyyət qarşısında qaldığı üçün səfər edir. Daxili-xarici siyasəti bu adamı prezident olaraq rəzil duruma salıb, indi çıxış yolları axtarır. Düşünür ki, Orta Asiyaya səfər etməklə nəyəsə nail ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya