Manukyan qorxuda: Dövlətimiz dağılır, müharibə olacaq - VİDEO

Müharibə təhdidi hər zaman mövcuddur. Azərbaycan anlayır ki, istədiyini danışıqlar yoluyla əldə edə bilməyəcək.

Axar.az xəbər verir ki, bunu “Venatur” klubunun sədri Vazgen Manukyan deyib.

“Azərbaycanın daima ümidi var ki, Paşinyanla bəlkə də dil tapmaq mümkün olacaq. Bu gözlənti havada qalır. Belə şəraitdə mən bunu az inandırıcı hesab edirəm. Müharibənin baş verməyəcəyini deməkdən çəkinirəm. Biz hər zaman müharibəyə hazır olmalıyıq”, – deyə o bildirib.

O, 1988-ci ildən bu yana populizmin ölkədə dövlət barədə təsəvvürləri dağıtdığını deyib:

“Bu gün neoliberalizm milli əsasları, populizm isə demokratiyanın əsaslarını dağıdır. Biz dövlətin qurulduğu bütün əsasları itiririk. Buna müqavimət göstərmək lazımdır. Ermənistanda 1995-1996-cı illərdə baş verən saxtalaşdırmalara və populist inqilablara izn verməyəcək təbəqə formalaşmalıdır”.