Maskadan istifadə edərkən dəridəki təhlükəyə diqqət!
15:32 23.06.2020
Aktual
802
Mütəxəssislər hər fürsətdə, "Maskadan istifadə edilməyən kütləvi yerlərdə olmayın" deyə xəbərdarlıq edir. Buna əməl etmək lazımdır, maska taxmağa laqeyd yanaşmaq olmaz.
Ancaq virusdan qorunmağımızda ən böyük silahlarımızdan biri olan maskalar, yay mövsümünün gəlməsiylə birlikdə bizə olduqca çətin anlar yaşadır.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, isti və nəmli havalarda maska taxmaq nəfəs almaqda çətinlik yaratmaqla bərabər dəridə də müəyyən problemlər əmələ gətirir.
Bu problemlərdən qorunmaq üçün nələr etməli, nələrdən qaçınmalıyıq?
Dermatoloq mütəxəssisi Dr. Mehtab Kıdır yay aylarında maska səbəbiylə əmələ gələn dəri problemlərindən danışıb, əhəmiyyətli təkliflər və xəbərdarlıqlar edib.
Yay aylarında maska və isti havanın təsiriylə; üzdə nəmlənmə, tərləmə kimi problemlər əmələ gəlir və dərimiz hava ala bilmir. Xüsusilə yağlı dərilərdə tərləməklə yanaşı yağ ifrazatının artması dəridəki məsamələrin tıxanmasına, bunun nəticəsində də komedon, bir sözlə sızanaqların əmələ gəlməsinə səbəb olur.
Bəs, nə etməli?
* Nəmlənən maskanızı gün ərzində mütləq dəyişdirin.
* Çöldən evə çatdığınız zaman üzünüzü mütləq yuyun.
* Həftədə bir dəfə yüngül və sadə kremlə dərinizdəki məsamələri açıq saxlayıb sızanaqların əmələ gəlməsinin qarşısını ala bilərsiniz.
Maska səbəbiylə üzdə yaranan istilik artımı xalq arasında “gül xəstəliyi” kimi tanınan və istiliklə artan rozasea xəstəliyini ortaya çıxarır. Bunun nəticəsində üzdə qızartılar, damarlanma artımı və sızanaqlar inkişaf edə bilir. Dr. Mahtab Kıdır maska səbəbiylə şikayətlərin artmasını önləmək üçün xəstələrin bu yay hər zamankından daha diqqətli olmaları ilə bağlı xəbərdarlıq edib.
* İsti saatlarda mümkün qədər çölə çıxmayın.
* Sərin yerləri seçin.
* Maska taxmağı tələb edəcək mühitlərdən uzaq durun.
* Çay, qəhvə və spirt istehlakını minimum səviyyəyə endirin.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual