MDB müşahidəçiləri bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb

MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun (PAA DİMBİ) Bakı filialının əməkdaşları bələdiyyə seçkilərini müşahidə ediblər.

Təşkilatdan verilən məlumata görə, 30-a yaxın seçki məntəqəsində yerli müşahidəçi qismində Bələdiyyə seçkilərində səsvermənin təşkili və keçirilməsini müşahidə ediblər.

Müşahidə aparılan seçki məntəqələrində heç bir qanun pozuntusuna rast gəlinməyib.