Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. 

Bu barədə XİN mətbuat katibi Leyla Abdullayeva “Twitter” səhifəsində paylaşım edib. 

Görüşdə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədri Stefani Viskonti və ABŞ-lı həmsədri Endryu Şofer iştirak edib.