Mikael Forrest Parisin iç üzünü açdı
Yusif Nəzərli
13:20 03.03.2023
Aktual
374
Nümayəndə: Fransa hər vəchlə Yeni Kaledoniyanın müstəqillik mübarizəsinə maneə törədir
Martın 2-də Milli Məclisin deputatları Tural Gəncəliyev və Sevil Mikayılova Yeni Kaledoniyanın Xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest ilə görüşüblər. Deputat Tural Gəncəliyev Yeni Kaledoniyanın nümayəndəsini Azərbaycan Parlamentində görməkdən, onun Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbirində iştirakından məmnunluğunu bildirib.
O, Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyini yüksək dəyərləndirərək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünün əhəmiyyətinə və burada qaldırılan məsələlərə diqqət çəkib. Deputat Sevil Mikayılova belə görüşlərin qarşılıqlı informasiya və təcrübə mübadiləsi baxımından faydasından danışıb. O, Fransanın neokolonializm siyasəti ilə bağlı fikirlərini bölüşüb, Yeni Kaledoniya xalqının tam suverenliyə qovuşma əzmini yüksək qiymətləndirib.
Yeni Kaledoniyanın Xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest səmimi münasibətə və yüksək qonaqpərvərliyə görə təşəkkürü bildirib. O, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin səmərəli olduğunu, həmçinin hərəkatın Parlament Şəbəkəsinin də uğurla fəaliyyət göstərdiyini qeyd edib. Forrest Fransanın Yeni Kaledoniyaya qarşı həyata keçirdiyi müstəmləkə siyasəti və cinayətləri barədə məlumat verib, Yeni Kaledoniyanın müstəqillik uğrunda apardığı mübarizəsindən, bu yolda Fransanın hər vəchlə maneə törətməsindən, aparılan danışıqları və nizamlama prosesini bloklamasından danışıb. Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya
İlk üz-üzə təmas: ABŞ və İran Omanda masa arxasına oturdu
12:40 06.02.2026
Gündəm