Millət vəkilindən təklif: Uşaqlara qarşı cinsi istismar törədənlər axtalanmalıdır
Yusif Nəzərli
07:48 16.12.2022
Aktual
503
"Oğlanların qadın müəllimlər tərəfindən tərbiyəsi xoşagəlməz nəticələrə səbəb olur". Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. Onun sözlərinə görə, uşaq doğulandan sonra 14 gün ödənişsiz məzuniyyət kişilərə sərf etmir: "Kişilərin uşağın tərbiyəsinə münasibəti dəyişməlidir, uşaq təkcə qadına aid deyil. Uşağı birgə böyütmək lazımdır. Məktəblərdə valideyn iclaslarına kişilər, atalar getmir. Bu, aradan qalxmalıdır. Azərbaycanda gender bərabərsizliyi əsasən məktəblərdədir. Məktəblərdə kişi müəllimlər yoxdur. Oğlan uşaqlarının yetişməsində kişi müəllimlərin çox böyük rolu var. Bu gün qadın müəllimlər tərəfindən oğlan uşaqlarının tərbiyə olunması xoşagəlməz nəticələrə səbəb olur”.
"Yerli icra hakimiyyətlərində humanitar məsələlər üzrə müavinlər yoxdur"
Sədaqət Qəhrəmanova yerli icra hakimiyyətlərində genderə məsul şəxslərin sosial məsələlər üzrə müavinlər olmasını təklif edib: "Bu gün bəzi yerli icra hakimiyyətlərində humanitar məsələlər üzrə müavinlər yoxdur. Onlar həm də gender üzrə məsul şəxsdur. Gələn ildən sosial məsələlər üzrə müavinlərin genderə məsul şəxs olmasını vacib sayırlar. Çünki gender sosial məsələdir. Biz Milli Məclisin Əmək və sosial siyasət komitəsini də prosesə cəlb etmək istəyirik”.
“Bu gün uşağını məktəbə göndərməyən valideynlər cəzalandırılmır”
S.Qəhrəmanova bildirib ki, cəzasızlıq gender məsələlərində problemlərə səbəb olur: “Bu gün valideynlər var ki, uşağı dünyaya gətirir, sonra gətirir atır ki, baxa bilmirəm. Belə vəziyyətdə olan uşaqları valideynlərdən almaq və onları valideynlik hüququndan məhrum etmək lazımdır. Valideynin uşağı təhsildən yayındırmağa hüququ yoxdur. Bunu edən valideynlər də valideynlik hüququndan məhrum edilməlidir. Biz bunu etsək, başqasına da görk olar”.
"Parlamentdə atalara 14 günlük ödənişli məzuniyyət təklifinə reaksiya müsbətdir"
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, parlamentdə Əmək Məcəlləsinə dəyişiklik edildi və qanunvericiliklə qadağan olunan 674 peşə və iş yeri azaldıldı: "204-ə endirdik. Qadağan edilən bu peşə və iş yerləri bütün qadınlara aid deyil. Yalnız hamilə və 1 yaşa qədər uşağı olan qadınlara bu dəyişikliklər şamil olundu. Həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı biz də Milli Məclisdə təkliflər vermişik, reaksiya müsbətdir”.
"Uşaqların intiharına səbəb daha çox ata-ananın davasıdır"
Deputat Tamam Cəfərova deyib ki, intihar edən kişilərin sayı qadınlardan çoxdur: "Amma qadınların intiharının birinci səbəbi məişət zorakılığıdır”. Deputat bildirib ki, Baş Prokuror yanında İntihar Komissiyasının üzvüdür: “Uşaqların da intiharına səbəb daha çox ata-ananın davasıdır. Digər tərəfdən, uşaqlara qarşı cinsi istismar var. Bu hallar Azərbaycanda da baş verir. Bununla bağlı cəzalar sərtləşdirilməlidir, bunu edənlər axtalanmalıdır”. O, erkən nikah probleminə də diqqət çəkib: “Mənim təmsil olunduğum Şamaxı rayonunda da bu problem var. Şamaxının Şıxbaba kəndində 9-cu sinifdə demək olar qız uşaqları yoxdur. Biz gedib az qala yalvarırıq ki, qız məktəbə gəlmir, heç olmasa, buraxılış imtahanı versin, nə atası qoyur, nə qardaşı. Qonşular da bir-birinə baxırlar, qardaş deyir, onun bacısı məktəbə getmir, mənimki də getməsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq