Azərbaycanın hüquq müdafiəçiləri separatçıların məhkəmə prosesini nəzarətə götürüb
“Monitorinq aparacağıq və hesabat hazırlayacağıq”
Yusif Nəzərli
09:06 18.10.2023
Aktual
445
Canlı şahidlər iştirak edir
Azərbaycanın hüquq müdafiəçiləri separatçıların məhkəmə prosesini nəzarətə götürüb
Azərbaycanın hüquq müdafiəçiləri separatçıların məhkəmə prosesini nəzarətə götürüb
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsində ittiham aktı elan olunub. Vaqif Xaçaturyanın məhkəmədə özünü təqsirli bilmədiyini açıqlayıb. Xatırladaq ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs-qətimkan tədbiri seçilib.
Beynəlxalq Qırmızı Xaç Komitəsi də lokal antiterror tədbirlərindən sonra saxlanılan ermənilərlə görüşmələri məsələsinə aydınlıq gətirib. BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova açıqlama verərək qeyd edib ki, bununla bağlı əlaqədar qurumlarla danışıqlar aparılır. Qarabağda millətçi "Daşnaksütyun" Partiyasının lideri, separatçıların keçmiş qondarma "parlament sədri" David İşxanyan, separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan, Ruben Vardanyan, Davit Manukyan, Qarabağdakı keçmiş qondarma rejimin “xarici işlər naziri” David Babayan, Bako Saakyan, Lyova Mnatsakanyan, Arkadi Qukasyan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq, Bakıya gətirilib. Onlar hazırda istintaq təcridxanasında saxlanılır.
Xalqımıza qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni separatçıları və terrorçularının məhkəməsi, şübhəsiz ki, dünyanın diqqət mərkəzindədir. Bu məhkəmə proseslərində üzə çıxan həqiqətlər xalqımız üçün nə qədər ağırdırsa, erməni separatizminin, erməni vəhşiliyinin ifşası baxımından da bir o qədər əhəmiyyətlidir. Eyni zamanda insan hüquqları ilə bağlı bundan sonra reallaşacaq istənilən beynəlxalq tədbirdə Azərbaycan hüquq müdafiə təşkilatları rəhbərlərinin əlində danılmaz faktlar, sübutlar olmasına əsas verəcək. Sadəcə, hüquq müdafiəçilərinin bu məhkəmə proseslərini diqqətlə izləməsi gərəkir.
Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, erməni separatçılarının məhkəmə prosesi nəzarət altındadır:
- Biz hüquq müdafiəçiləri məhkəmə prosesində şəxsən iştirak etməsək də, nəzarətə götürmüşük. Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi olaraq məhkəmə prosesinin monitorinqini aparmağı nəzərdə tutmuşuq və bunun üçün müraciət etmişik və hazırlıq aparırıq. Əlbəttə, erməni separatçılarının məhkəmə prosesi dünyanın marağındadır. Beynəlxalq təşkilatlar da diqqətlə izləyirlər ki, görsünlər, hansısa hüquq pozuntusu baş vermir ki. Bu şəxslər separatçı və terrorçudurlar. Çox da ki öz əməllərini etiraf etməkdən boyun qaçırırlar. Məhkəmə prosesində həmin hadisələrin canlı şahidləri iştirak edir. Erməni terrorçuları cinayətkar əməllərini nə qədər inkar etsələr də, faktlar həqiqəti üzə çıxarır. Biz də çalışırıq ki, məhkəmə prosesi daim diqqət mərkəzimizdə olsun. Təbii ki, biz monitorinq aparacağıq və hesabat hazırlayacağıq. Və bu sənədlər Avropa Şurası Parlament Assambleyasına da təqdim olunacaq. Həm hazırda gedən məhkəmə prosesi, həm də davamı olaraq başladılacaq proseslər erməni terrorizminin ifşası üçün çox mühümdür. Biz də üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya