Moskvadan məkrli plan:“Xankəndini üçüncü tərəf kimi göstərib...”
Banuçiçək Kalbalıyeva
14:10 08.09.2021
Aktual
1008
Azərbaycanla Ermənistan arasında hərbi əsirlərin növbəti dəyişikliyi baş tutub. Ağdərədə əsir götürülmüş Cəmil Babayev Azərbaycana təhvil verilib. Əvəzində isə iki erməni əsir İrəvana göndərilib. Mübadilə prosesi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə baş tutub. Hərbçimiz əvəzində niyə terrorçular qaytarılmalı idi? Axı sülhməramlılar vəzifələrini normal yerinə yetirirlərsə, özləri dərhal Babayevi təhvil verməli idilər. Görünür, “sülhməramlı xəmiri hələ çox su aparacaq”.
“Sherg.az” olaraq rusların oyunları barədə Ağ Partiya sədri Tural Abbaslı ilə həmsöhbət olduq:
- Sözügedən prosesə münasibətiniz necədir?
- Əlbəttə, hərbçimizin qaytarılması yaxşı haldır. Amma bu, erməni terrorçular qarşılığında olmalı deyil. Ən azından ona görə ki, Cəmil Babayev öz torpağına gedib. Və o, hərbi əsir yox, girov hesab edilməlidir. Əgər biz özümüz ermənilərlə mübadilə edəcəyiksə, daha ruslara nə ehtiyac var?! Bu mənada fikrimcə, daha qətiyyətli mövqe sərgiləməli idik. Baş verənlər sülhməramlıların Qarabağda aciz olduqlarını göstərdi.
- Niyə belə düşünürsünüz?
- İki erməninin qaytarılması sülhməramlıların terrorçuların nəzarəti altında fəaliyyət göstərdiyini təsdiqlədi. Yəni onların davranışlarını terrorçular diktə edirlər. Bu isə o deməkdir ki, gələcəkdə Qarabağa hansısa Azərbaycan vətəndaşı getsə, o da eyni aqibəti yaşaya bilər.
- Bunun qarşısını almaq üçün etməliyik?
- Azərbaycanın anti-terrior əməliyyatına başlaması yeganə yoldur.
- Hərbçimizin qaytarılmasının sülhməramlı kontingentin komandanının dəyişməsi ilə eyni vaxta təsadüf etməsi nəyə işarədir?
- Məsələ ondan ibarətdir ki, komandanlıq nəyisə dəyişmir. Onlar sadəcə icraedicidirlər. Bütün hallarda Moskvanın məqsədi Xankəndini üçüncü tərəf kimi göstərib, şüuraltımıza yerləşdirməkdir. Artıq bu istiqamətdə işlər gedir. Mərkli plana imkan verməməli, tutarlı cavabla düşməni susdurmalıyıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol