MSK Müsavatın nümayəndələrini qeydə aldı

Dekabrın 20-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında Müsavat Partiyasının 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərinə səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətinə baxılıb.

MSK partiya tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verib.

Qeyd edək ki, Müsavat Partiyası 78 seçki dairəsindən deputatlığa 81 namizəd irəli sürüb.