Muhsin Dərə: "Azərbaycan Ordusunun daha da güclənməsinə dəstək verməyə hazırıq"
Yusif Nəzərli
17:22 15.06.2022
Aktual
490
“Azərbaycana əvvəlki səfərimdən fərqli olaraq, bu dəfə başqa mənzərə ilə qarşılaşdım. Azərbaycan xalqının özünə daha əmin, gələcəyə inamlı olduğunu müşahidə etdim. Türkiyənin xalqı və ordusu Azərbaycan dövlətinin, eləcə də xalqının haqlı mübarizəsinin yanında olub, beynəlxalq ailəmdə tam daim dəstəkləyib və bundan sonra da dəstəkləməyə davam edəcək”.
“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dərə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda idarəetməsinin daha da təkmilləşdirilməsi üçün təcrübə mübadiləsi ilə yanaşı, yeni idarəetmə forması yaradılıb. Nazir müavini qeyd edib ki, məqsəd Azərbaycan və Türkiyə orduları arasında əlaqələri genişləndirmək, uyğunluğu təmin etməkdir: “İki ölkə arasında əməkdaşlıq təcrübəsində 20 tədqiqat, 225 təhsil kursu, təxminən, 28 min Azərbaycan əsgərinə təhsil dəstəyi həyata keçirilib. "TEKNOFEST Azərbaycan" festivalında Azərbaycan gənclərinin gözündə türkiyəlilərə eyni münasibəti görməkdən çox məmnun qaldıq. Gənclərin bu istəyini gördükcə gələcəyə doğru inamla irəliləyəcəyimizə bir daha əmin olduq. Yerli və milli texnoloji nailiyyətlərimizi Azərbaycana gətirməklə iki xalqın birliyinin və gücünün artacağına çox inanırıq. Türkiyə istehsalı olan müasir silahların, hərbi texnikanın Azərbaycanda istifadəsi xüsusi önəm kəsb edir. Bu istiqamətdə əməkdaşlığımız bundan sonra da davam edəcək. Azərbaycan Ordusunun daha da güclənməsinə daimi dəstək verməyə hazırıq”.
Muhsin Dərə çıxışını Məhəmmədhüseyn Şəhriyarın "Azərbaycan" şeirindən bir misra səsləndirməklə yekunlaşdırıb:
"Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan..."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya