"Naxçıvanın Bakı ilə inteqrasiyasına təkan verən bütün addımları dəstəkləyirik" - Partiya sədri
13:08 25.12.2022
Aktual
373
"Naxçıvanın və naxçıvanlı soydaşlarımızın həyatında, taleyində bir dönəm bitdi, yeni bir dönəm başlayır".
"Sherg.az"ın xəbərinə görə, bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri qeyd edib ki, Prezidentinin səlahiyyətli nümayəndəsinin siyasi mühitlə heç bir əlaqəsi yoxdur:
"Adam texnokratdır. Onun kimliyinə ötəri nəzər salsaq görərik ki, F.Nəcəfli yeni nəsil işgüzar insanlar, texnokratlar zümrəsini təmsil edir. Səlahiyyətli nümayəndəyə Naxçıvanda görəcəyi işlərlə bağlı kifayət qədər geniş vəzifələr və hüquqlar verilib. Bu vəzifələr və hüquqlar Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə”də öz əksini tapıb.
Bütün bunlar idarəetmə sahəsində köklü sistem dəyişikliyidir. Görünən budur ki, Naxçıvanın gələcək sosial-iqtisadi inkişafı üçün idarəetmənin təkmilləşdirilməsi prosesinə start verilib. Çox güman ki, yaxın vaxtlarda Naxçıvan Muxtar Respublikasının statusu ilə bağlı məsələ də nəzərdən keçiriləcək. Bir sözlə, Naxçıvanda bir çox istiqamətlər üzrə müsbət dəyişikliklər gözlənilir.
Biz Milli Həmrəylik Partiyası olaraq Naxçıvanın Bakı ilə inteqrasiyasına təkan verən bütün addımları dəstəkləyirik. Naxçıvan artıq "terra inkoqnita" olmaqdan çıxıb, kontinental Azərbaycanın üzvi tərkib hissəsinə çevrilir. Xeyirli-uğurlu olsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya