Ölkədə böyük narkotik şəbəkəsi ifşa edildi - VİDEO
15:18 29.01.2020
Aktual
466
Gömrükçülərin həyata keçirdikləri uğurlu əməliyyatlar nəticəsində 3 fakt üzrə 10 kq-dan artıq narkotik vasitə və külli miqdarda güclü təsir edən maddələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Serq.az-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitələrin "Aynur" adlı şəxs tərəfindən realizə olunacağı barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat qrupu Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə Abşeron rayonu, Xırdalan şəhəri, "AAF-Park" yaşayış kompleksində yerləşən istirahət parkında əməliyyat keçirib və Azərbaycan Respublikası vətəndaşı Məmmədova Aynurə Əlibala qızı şərti alıcı qismində çıxış edən əməliyyat müvəkkilinə narkotik vasitələri satarkən saxlanılıb.
DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilən Məmmədova Aynurə Əlibala qızına məxsus sellofan torbaya və qara rəngli çantaya baxış keçirilib. Yoxlama zamanı sellofan torbadan 4 kq 55 qram narkotik vasitə - tiryək, qara rəngli çantadan isə 4 kq 958 qram narkotik vasitə - həşiş aşkar edilib.
Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları isə 1 kq-dan artık heroini aşkar edərək qanunsuz dövriyyədən çıxarıb. Belə ki, Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Pakistan İslam Respublikası vətəndaşı Ahmad Kaleem Khan Ahmada məxsus çamadana piyada keçid xəttində olan "Heiman X-Ray" markalı rentgen yük yoxlama qurğusu vasitəsilə baxış keçirilərkən monitorda şübhəli cizgilər müşahidə olunub.
Ahmad Kaleem Khan Ahmad şifahi sorğu-sual zamanı ona məxsus çamadanda gömrük nəzarətindən gizlədilən hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirib. Lakin çamadanın yoxlanılması zamanı gömrükçülərin şübhələri və daxil olan əməliyyat məlumatı təsdiqini tapıb. Çamadanın alt divarı ilə astarının arasından, gömrük nəzarətindən gizlədilmiş - çemodanın alt divarına yapışqanlı lentlə bərkidilərək divar boyunca yerləşdirilmiş bir ədəd sellofan bağlamada, qablaşdırılması ilə birgə çəkisi 1 kq 118 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.
Şimal Ərazi Baş Gömrük İdarəsinin "Yalama" gömrük postunun əməkdaşları isə Rusiya Federasiyası istiqamətindən idxal gömrük nəzarəti zonasına daxil olan qatardan külli miqdara güclü təsir edən maddələr aşkar ediblər.
392 nömrəli "Rostov-Bakı" qatarına baxış keçirilən zaman 2-ci vaqonun 2, 3, 4 və 5-ci kupelərinin tavan hissəsindəki boşluqlarda gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 650 ədəd flakonda "Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı"-na daxil olan dərman preparatları aşkar olunub. Araşdırma zamanı həmin maddələri 2-ci vaqonun bələdçiləri Sobolevskaya Karina Vajevna və Pravdyuk Mariya Serqeyevnanın gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirməyə cəhd göstərdikləri məlum olub. Hər 3 faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi