Ombudsman: "Kütləvi məzarlıqlarla bağlı beynəlxalq qurumlara 18 hesabat göndərmişik, lakin reaksiya yoxdur"
08:51 22.11.2023
Aktual
397
"Azad olunan ərazilərdə tapılan kütləvi məzarlıqlarla bağlı bu günə qədər beynəlxalq meyarlara cavab verən 18 hesabat tərtib edərək beynəlxalq qurum və məhkəmələrə təqdim etmişik. Azərbaycan hər zaman bütün beynəlxalq hüquq norma və prinsiplərinə hörmətlə yanaşıb, onlara riayət edib. Təəssüf ki, Azərbaycana qarşı biz bu hörməti görmürük".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Naxçıvanda “Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinin praktiki aspektləri” mövzusunda keçirilən seminar çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, iki gün davam edəcək seminar-təlim beynəlxalq hüquq çərçivəsində müəyyən kateqoriyaya aid olan şəxslərin hüquqlarının müdafiəsinə həsr olunub.
Ombudsman təəssüf hissi ilə əlavə edib ki, ən çox mina terrorundan əziyyət çəkən ölkələrdən biri Azərbaycandır: "30 il ərzində bütün beynəlxalq qurumlara müraciət etməyimizə baxmayaraq, 4 minə yaxın soydaşımız haqqında hələ də məlumat ala bilməmişik. Onların arasında qadın və uşaqlar çoxluq təşkil edir. İşğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri zamanı kütləvi məzarlıqlar aşkar olunub. Bu məzarlıqlarda tapılan qalıqların üzərində işgəncə faktları təsdiqlənib. Bu günə qədər tərəfimizdən beynəlxalq meyarlara cavab verən 18 hesabat tərtib olunaraq beynəlxalq qurum və məhkəmələrə təqdim edilib. Bunlardan mina terroru və itkin düşmüş şəxslər haqqında hesabatları misal göstərə bilərəm. Hesab edirik ki, bu cür konfrans və seminarların təşkil olunması, xüsusən də Naxçıvan Muxtar Respublikasında keçirilməsi olduqca vacib və əhəmiyyətlidir. Bu konfranslar vasitəsilə biz öz haqlı mövqeyimizi daha yaxşı və bilavasitə çatdırmaq imkanı əldə etmiş oluruq".
Naxçıvanda Qərbi Azərbaycanla bağlı keçiriləcək konqres haqqında da danışan S.Əliyeva əlavə edib ki, Azərbaycanın ən ağrılı yeri bir milyona yaxın məcburi köçkün və qaçqın soydaşımızın olması idi: "Ötən əsr ərzində əzəli torpaqlarımızdan soydaşlarımız didərgin salınıb, onların fundamental hüquqları pozulub. Qərbi Azərbaycan İcmasının da təşkilatçılığı ilə keçiriləcək konqres Qərbi azərbaycanlıların səsinin dünya ictimaiyyətinə çatdırılması, onların öz doğma yurdlarına qaytarılması, hüquqlarının tanınması baxımından böyük əhəmiyyət kəsb edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə