Ombudsman uşaq hüquqları sahəsində fəaliyyətini genişləndirib
16:28 31.08.2020
Aktual
822
Hazırda ölkəmizin yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində ardıcıl islahatların davamlılığını şərtləndirir. Normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunlaşdırılması, insan hüquqlarının təmini baxımından dövlət orqanları və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın inkişaf etdirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində Ombudsmanın Aparatı və regional mərkəzlərinin fəaliyyəti davam etdirilir.
Ombudsman Aparatından Trend-ə bildirilib ki, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiqlənmiş dövlət proqramları, ölkəmizin ratifikasiya etdiyi beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər üzrə fəaliyyətin icrası istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığa əsaslanan fəaliyyətin də dairəsi genişləndirilir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) UNİCEF-in Ölkə Ofisi ilə əməkdaşlığı çərçivəsində illik fəaliyyət planına uyğun olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinin həyata keçirilməsi məqsədilə ayrıca istiqamət olaraq sosial işçi və hüquqşünaslardan ibarət tərkibdə fəaliyyətin icrasına başlanılıb. Bu fəaliyyət təhsil, səhiyyə, sosial, penitensiar müəsisələrdə və sığınacaqlarda monitorinqlərin, sorğuların keçirilməsinə, uşaq hüquqları sahəsində mövcud çətinliklərin aradan qaldırılmasına və ölkədə həyata keçirilən islahatlara dəstək verəcək.
Qeyd olunmalıdır ki, COVID-19 pandemiyası dövründə bu fəaliyyət davam etdirilib, mövcud epidemioloji vəziyyətdə əhalinin bütün qruplarının Ombudsmana müraciəti üçün tam əlçatanlıq təmin olunub. Elektron qaydada və sosial şəbəkələr (facebook, twitter), habelə qaynar xətlər vasitəsilə əhali qruplarının Müvəkkilə ünvanlanan müraciətləri qəbul edilməkdədir.
Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad Regional Mərkəzlərinin yerləşdikləri və əhatə etdikləri ətraf rayonlar, şəhərlər üzrə fəaliyyəti də regionlardan olan müraciətlərin yerində araşdırılması, məlumatlandırma tədbirləri baxımından əhali qrupları üçün əlavə imkanlar yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya