Ordu quruculuğu yenə prioritet sahə olacaq
20:23 26.07.2021
Aktual
659
Dünyanın 140 ölkəsi arasında 64-cü yerdə qərarlaşmışıq
"Azərbaycan Ordusu ilə bağlı açıqlanan hesabatlar və reytinqlərdə yaxın bir il ərzində ordumuzun mövqeləri daha da möhkəmlənəcək"
"Azərbaycan Ordusu son illərdə həm kadr potensialı, həm də müdafiə sənayesinin zənginləşdirilməsi baxımından yüksək səviyyəyə çatıb".
Bu sözləri "Şərq"ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib. O vurğulayıb ki, orduda peşəkar zabitlərin hazırlanması məqsədilə Azərbaycanın bir sıra dövlətlərlə müqavilələri mövcuddur:
“Azərbaycan Ordusunun zabit heyəti Türkiyədə, Çində və Rusiyada, dünyanın bir çox ölkələrində peşəkar təlimlərdə və kurslarda iştirak edirlər. Sonuncu olaraq isə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın siyasi iradəsi nəticəsində ordumuzun qazandığı şanlı qələbə Azərbaycan Ordusunun nüfuzunu və reytinqini daha da yüksəltdi.
Demək olar ki, hər həftə dünyanın məşhur hərbi və siyasi analitik portallarında və dərgilərində Azərbaycan Ordusunun döyüş taktikası ilə bağlı materiallar verilir. Bu da ordumuzun reytinqinin daha da yüksəlməsinə səbəb olub. Bu baxımdan "Global Fire Power Index"in apardığı araşdırmada Azərbaycan Ordusunun dünyanın 140 ölkəsi arasında 64-cü yerdə qərarlaşması çox önəmli statistik göstəricilərdən biridir".
T.İsmayılov qeyd edib ki, Azərbaycanda hazırda da ordu quruculuğu prosesi davam edir:
"Cənab prezident yeni qərargah rəisi təyin edib. Eyni zamanda Müdafiə Nazirliyində yeni təyinatlar həyata keçirdi. Gələcəkdə Azərbaycanın Türkiyə ilə hərbi sahədə ortaqlığı və mütəffiqliyi daha da dərinləşəcək. Və Azərbaycan NATO standartlarında ordu quruculuğu prosesində mühüm irəliləyişə nail olacaq. Bütün bunlardan sonra Azərbaycanın dünya indekslərində və sıralamalarında mövqeyinin daha da yüksələcəyini düşünürəm.
Ümumilikdə qeyd edək ki, cənab Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində Azərbaycanda ordu quruculuğu dövlətin əsas prioritet sahələrindən biri olub. Bu günləri də ordu quruculuğu ölkəmizin prioritet sahəsidir və bu formada da davam edəcək. Düşünürəm ki, Azərbaycan Ordusu ilə bağlı açıqlanan hesabatlar və reytinqlərdə yaxın bir il ərzində ordumuzun mövqeləri daha da möhkəmlənəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq