Ötən 20 il dövlətçilik taiximizin ən parlaq dövrüdür
Yusif Nəzərli
11:49 19.10.2023
Aktual
505
“Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il dövlətçilik taiximizin ən parlaq dövrüdür. Bu 20 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursu və inkişaf stratgiyası çox uğurla davam etdirildi və Azərbaycan dövləti son 200 illik tarixində torpaqlarını işğaldan azad etməklə ilk dəfə qələbəyə imza atdı”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Son 20 ildə Azərbaycanın iqtisadi gücünün artması ordu quruculuğu və müdafiə sənayesi sektorunun inkişaf etdirilməsinə yol açıb:
“Azərbaycan iqtisadi müstəqilliyinə qovuşub və siyasi mütəqilliyini təmin edib. Son 20 il ölkəmizin inkişaf, intibah və qələbə illəridir. Uğurlu Lider ölkəyə rəhbərlik edəndə xalq xoşbəxt olur. Azərbaycan Birinci Qarabağ Müharibəsində məğlub olduğundan xalqımızın başı aşağı idi. Xalqımız bir niskil içində idi. Rayonlarımızın işğal günlərini ürək ağrısı ilə yad edirdik. Biz beynəlxalq tədbirlərə qatılanda əzilən xalqın bir nümayəndələri kimi torpaqlarımızda erməni işğalına son qoydurulmasına kömək etmələrini xahiş edirdik. Amma Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə formalaşan milli birlik və həmrəylik, iqtisadi güc və ordu xalqımızın qarşısndakı bu tarixi vəzifəsini icra etməyinə yol açdı. Üç il əvvəl Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz 44 gündə torpaqları işğaldan azad etməklə hər bir azərbaycanlının başını uca etdi. 15 oktyabrda Prezident İlham Əliyevin Xankəndində bayrağımızın ucaltması ərazilərimizdə suverənliyin tam bərpası demək idi. Bu gün biz azadıq və heç kimdən asıllı deyilik. Öz gücümüzlə keçmiş məcburi köçkünləri doğma yurdlarına qaytarırıq. Bu gün işğaldan azad olunmuş ərazilərdə yenidən ucaldılan şəhərlərin şəhər günlərini böyük sevgi və bayramla qeyd edirik. Azərbaycan Prezident İlham Əliyevin sayəsində heç vaxt olmadığı qədər güclüdür. Başımız ucadır və beynəlxalq tədbirlərə qalib xalqın nümayəndələri kimi qatılırıq. Bu gün sözümümüzün sahibiyik və regionda yeni reallıq yaratmışıq. Azərbaycan indi danışıqlarda diqte edən tərəfdir və qarşı tərəf mövqeyimizi qəbul etmə məcburdur. Bu günki güclü, qalib Azərbaycanı görən Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda öz canlarını vermiş ruhları şaddır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızı daha gözəl günlər gözləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya