Özbəkistanın ali və orta məktəblərində ADA universitetinin təqdimatları keçirilib - FOTOLAR
13:07 28.02.2020
Aktual
479
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın ADA Universiteti Daşkənddəki bir sıra universitet və orta məktəblərdə təqdim edilib. ADA Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşı Aytəkin Hüseynova Daşkənddəki Beynəlxalq Vestminster Universitetinin prorektoru Baxrom Mirkasimovla görüş keçirib.
Tədbirdə Universitetin professor-müəllim heyyəti və tələbələr iştirak edib. Bu görüşdə Baxrom Mirkasimov Vestminster Universiteti haqqında məlumat verib, bu ali məktəbin məzunlarının dünyanın müxtəlif ölkələrində çalışdıqlarını bildirib. Aytəkin Hüseynova ADA Universiteti haqqında ətraflı söhbət açıb, universitetin müəllim və tələbələri, məzunları barədə danışıb. Görüşdə tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunub.
A. Hüseynova Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində və Universitetinin nəzdində olan Akademik liseyində, Daşkənddəki Toxuculuq və Yüngül Sənaye İnstitutu, İrriqasiya Mühəndisləri və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu, Sinqapur Menecmentin İnkişafı İnstitutu, Vebster Universiteti və paytaxtdakı 147, 94 nömrəli orta məktəblərdə ADA Universitetinin təqdimatını keçirib.
Təqdimatda adı çəkilən ali və orta məktəblərin professor-müəllim heyyəti və tələbələr, şagirdlər iştirak edib. Görüşlərdə bildirilib ki, ADA Universiteti 2006-cı il dekabrın 15-də Azərbaycan Xarici İşlər Nazirliyinin yanında yaradılıb. 2019-cu il fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Universitetin 2014-cü ildə təsdiq olunan Nizamnaməsində bir sıra dəyişiklik edilib və bu ali məktəb Dövlət Universiteti statusu alıb.
A. Hüseynova bildirib ki, hazırda Universitetdə 2300 tələbə təhsil alır. O deyib ki, Özbəkistana gəlişinin məqsədi ADA Universitetinə daha çox tələbə və magistr cəlb etməkdir.
Sonra A. Hüseynova müəllim, tələbə və şagirdlərin suallarını cavablandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə