
Parisdəki olaylar təsadüfi deyil
Yusif Nəzərli
08:56 18.06.2022
Aktual
865
Fransa və Rusiya erməniləri təhrik etməklə bitmiş münaqişəni yenidən alovlandırmaq istəyirlər
"Məqsəd isə Türkiyəyə son dərəcə yaxın olan ikinci gücün – Azərbaycanın problemdən birdəfəlik yaxa qurtarmasına imkan verməməkdir"
Ermənilər Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum ediblər. “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar. Təxribatçılar Şuşa, o cümlədən Qarabağla bağlı şüarlar səsləndiriblər. Filmin çəkilişini və nümayişini təşkil etmiş Fransanın “Ere TV” kanalına etirazlarını bildiriblər. Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb. Hadisə barədə danışan Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova təxribatın gözlənilmədən baş verdiyini deyib. Bildirib ki, səfirliklərin binası yaxşı mühafizə olunur:
“Dünən “Ere TV”nin “Qarabağa aparan yol” filminin təqdimatı idi. Təqdimat başlamamışdan əvvəl Ermənistanın Daşnaksütyun Partiyasının Fransada yaşayan 10-a yaxın üzvü ora gələrək filmin təqdimatına mane olmağa çalışdı. Onlar əllərində mikrofon qışqıra-qışqıra, söyüş söyə-söyə içəri daxil oldular. Həmin şəxslərin qarşısına səfirliyin mühafizəçiləri çıxdılar. Bir neçə azərbaycanlı jurnalist də səfirliyin binasında idi”.

Növbəti erməni təxribatı ilə bağlı “Şərq”ə danışan Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib ki, Qarabağ probleminin ən böyük dayaqlarından biri Fransa idi. Partiya funksionerinin sözlərinə görə, ermənilərin Fransada söz sahibi olması həm xristian təəssübkeşliyindən irəli gəlir, həm də həmin ölkədə erməni lobbisinin gücündən qaynaqlanır:
“Dünyadakı bütün ermənilər daşnakçılıq amalları ilə tərbiyə olunublar. Ermənilər, xüsusən xaricdəki lobbi hələ də məğlubiyyətdən doğan reallığı dərk edə bilmirlər. 44 günlük savaşda Azərbaycanın möhtəşəm qələbəsi onlara yuxu kimi gəlir. Çünki onillər boyu “məğlubedilməz erməni” nağılı ilə yaşayıblar. Digər amil odur ki, həm Ermənistanda, həm də dünyanın digər ölkələrində Baş nazir Nikol Paşinyanın apardığı siyasəti dəstəkləməyən kifayət qədər erməni var. Revanşist qüvvələr Ermənistanın yenidən müharibə etmək gücünün olmadığını dərk etsələr də, həmişə olduğu kimi xaricdəki ağalarından, himayədarlarından mədəd umurlar. Etiraz aksiyalarının da kökündə dayanan erməni lobbisi, eyni zamanda Qarabağ məsələsində mövqeyi üst-üstə düşən Fransa və Rusiyadır. Aydındır ki, bu iki dövlət tərəflər arasında sülhün imzalanmasında səmimi deyil. Erməniləri təhrik etməklə bitmiş münaqişəni yenidən alovlandırmaq istəyirlər. Məqsəd isə Türkiyəyə son dərəcə yaxın olan ikinci gücün – Azərbaycanın problemdən birdəfəlik yaxa qurtarmasına imkan verməməkdir. Qərb, habelə Rusiya Türkiyə və Azərbaycanın yaxınlığına qısqanclıqla yanaşır. İki türk-müsəlman ölkəsinin daha da güclənməsini özlərinə təhdid kimi görürlər. Halbuki, Azərbaycan və Türkiyə heç zaman heç bir dövlət üçün təhlükə mənbəyi olmayıb”.
T.İrfan vurğulayıb ki, Fransada baş verən bu olayla yanaşı İsveçdə, Stokholm şəhərində PKK terror təşkilatının başçısı A.Öcalanın şəklinin nümayiş etdirilməsi də təsadüfi deyil:
“Qərb və xristian dövlətlərin yeri gəldiyi zaman ortaq maraqları və vahid siyasətləri var. Ortaq siyasətlərindən biri islama, türk-müsəlman ölkələrinə qarşı mübarizədir. “Qurani-Kərim”in yandırılması, müsəlmanların Avropa ölkələrində təzyiqlərə məruz qalması bu siyasətin tərkib hissəsidir. O səbəbdən ermənilərin illərlə dağıtdıqları islam dininə məxsus ibadət ocaqları, məscidlər Qərb üçün əhəmiyyətsiz oldu. Ona görə də susdular. Ancaq özləri təhrik etdikləri bir müsəlmanın hansısa radikal addımını dərhal bütün dünyaya elan edir. Bütün müsəlman dünyasına “terrorçu” kimi təqdim edirlər. Qərb müsəlman ölkələrində sabitlik, demokratiya, azadlıq şüarlarında səmimi deyil. Odur ki, erməni revanşizminin təməlini qoyan və onu körükləyən güclər heç zaman sakit qalmayacaqlar. Buna rəğmən, Azərbaycan öz tərəfdaşları, əsasən qardaş Türkiyə vasitəsi ilə öz ərazi bütövlüyünü tam təmin edəcək. Bununla barışmayan bütün qüvvələri də reallıqla hesablaşmağa məcbur qoyacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya