Marketlərdə gündəlik ehtiyacını ödəməkdə bir çətinlik yaşanmır
İndiyə qədər təxminən üç min adamın ölümünə səbəb olan koronavirus İtaliya, İran və Yunanıstan daxil olmaqla 60-a yaxın ölkəni bürüyüb.
Sürətlə yayılan narahatlıq dalğası cəmiyyətdə çaxnaşmaya səbəb olur. Bəs, virusun yayılmağa başladığı yerdə, Çində yaşayanlar həyatlarındakı bu yeni gerçəklə necə mücadilə edir?
Sherg.az xəbər verir ki, 5 ildir Pekində yaşayan jurnalist Sıdal Utkucu Çinin bağlı qapılar arxasındakı dünyasını və diqqət yetirilməsi lazım olanları məsələləri anladır.
- Çinə yolunuz necə düşdü? Pekin macəranızı izah edərsinizmi?
- Pekinə yolum 2015-ci ildə düşdü. Universitetdən yeni məzun olmuşdum və iş axtarırdım. O sırada universitetdən bir müəllimim çalışdığı təşkilatın işçi axtardığını söylədi. Xaricdə oxuduğum sahə ilə əlaqədar bir iş tapmışdım, təbii ki bu təcrübəni yaşamaq istədim və Pekinlə təmasa keçdim. Bu gündən baxdığımda 23 yaşında kiçik bir qız uşağı olaraq gəldiyim Çin, mənim təxəyyülümün çox kənarındakı bir təcrübədir.
- Virus xəbərini ilk eşitdiyiniz anı xatırlayırsınızmı?
-Xarici media quruluşlarında bir "sirrli virus" xəbəri gəzirdi, amma doğrusu Uhan Pekinə uzaq bir yer olduğu üçün ilk eşitdiyim zaman çox ciddi qəbul etməmişdim. Bir də o sırada işlə o qədər bağlı idim ki, epidemiya həqiqətini anlamam bir neçə gün davam etdi. Hamı evlərə bağlanınca ciddiliyi gerçək mənada qavradım.
- Karantin altındakı bir şəhərdə yaşamaq necə bir hissdir?
- Pekində Uhan əyaləti kimi bir karantin söz mövzusu deyil. Amma insanlar lazım olmadıqda evdən çıxmır. On minlərlə adam evindən iş görür. Küçələr boşdur. İnsanlar bir-biriylə təmas etməyəcək ki, virus da özünə bir ev tapa bilməyəcək və ortadan qalxacaq. İndi hər kəsin xahişi budur deyə bilərəm. Bundan başqa marketlərdə gündəlik ehtiyacını ödəməkdə bir çətinlik yaşanmır. Zatən hər kəs internetdən alver edir. İnsanlar psixoloji olaraq yorğundur deyə bilərəm. Davamlı tədbir almaq vəziyyəti, bir cür bitmək - tükənmək bilməyən fərdi əndişə halı - bu zehnən bir az adamı yorur.
- Evdə necə vaxt keçirirsiniz? İşə davam edirsinizmi?
- İş saatlarım ofisdə necədirdə, evdə də eyni şəkildə davam edir. Son zamanlarda daha çox oxuyuram, daha çox serial və film seyr edirəm. Amma bir aydan uzun bir müddətdir evdəyik. İnsanlar artıq sıxılmağa başladı.
- Gigiyenik tədbir görürsünüzmü?
-Evdən çıxarkən maska, hətta bəzən əlcək də taxırıq. Marketdən aldığım məhsulları bəzən qısa bir müddət sudan keçirirəm, paketləri də dərhal zibilə atıram. Çöldə uzun müddət dayandımsa spirtli dəsmalla telefonumu təmizləyirəm. Zatən evin ətrafından çox uzaqlaşmıram, amma metroya minsəm, enər- enməz dezenfektan jeldən istifadə edirəm. Pekində mənzillər tez-tez dərmanlanıldığına görə evdə ayrı bir dezinfeksiya tədbiri görrmürəm.
- Bəs, qidalanma?
-Əvvəllər ümumiyyətlə yeməkləri çöldən sifariş edirdim, indi evdə bişirirəm. İmmunitetimi qorumağa diqqət göstərirəm, çünki yeni koronavirus immuniteti zəif olanlara ağır şəkildə təsir edir. Daha çox meyvə, tərəvəz, süd məhsulu istehlak etməyə çalışıram, amma bunun da çox uğurlu olduğumu söyləyə bilmərəm.
- Birdən soyuqlayıb temperaturunuz yüksəlsə, dərman ehtiyacınızı necə aradan qaldırırsınız?
- Bu yaxınlarda yatarkən bir az üşümüşdüm, oyananda boğazım ağrıyırdı. "Əfsus" dedim, "ya atəşim çıxarsa?" Bu xəstəliyin ən əhəmiyyətli əlamətinin yüksək tempratur olduğu bilindiyindən girdiyiniz hər yerdə atəşiniz ölçülür. İlk iş evdə içmə sununu nəzarət etdim. "Kafi su var, bu gün çölə çıxmama ehtiyac yoxdur" dedim. Sonra bir az cökə və qrip dərmanı möhkəmlətməsiylə dərhal yığışdırdım. Hələ başqa bir dərman ehtiyacım olmadı. Olsa da küçəyə çıxmadan telefondan vasitəsilə dərman sifariş edə bilərəm.
- Nələr sizi narahat edir?
-Açıqcası mən hələ sağlamfikirmi qoruduğumu düşünürəm. Bir az narahatlıq var, amma xəstələnib öləcəyik kimi bir qorxu yoxdur. Onsuz da xəstəliyə tutulan hər kəs ölmür. Minlərlə insan xəstəxanadan buraxıldı. Xəstələnsəm, Türkiyədə ailəm çox qorxar deyə narahatlıq keçirirəm. Türkiyədəki ictimai medianın xaos bağırtısı da bu mövzuda heç köməkçi olmur.
- Türkiyəyə dönməyi düşünmürsünüzmü?
Hələlik düşünmürəm. Çünki mənim bütün işim-gücüm buradadır. Beş ildir. Evim, işim, yoldaşlarım, hamısı buradadır... "Haydı, mən gedirəm" deyib yola çıxmaq o qədər asan deyil yəni. Uhandakı kimi bir vəziyyət olsa, dönərdim əlbəttə, amma Pekində vəziyyət oradakı qədər kritik deyil.
- Virusla yaşamağı təcrübə edən biri olaraq koronavirus görünən yerlərdə nə kimi tədbirlər alınmasını təklif edərsiniz?
-Virusun Türkiyədə görünməsi halında insanlar tədbirləri həyata keçirməyi ciddi qəbul etməlidir. Lazım olmadıqda evdən çıxılmamalıdır. "Mənə bir şey olmaz" deyib çölə çıxmaqda israr edilməməlidir. Şirkətlər elastik iş saatları tətbiq etməkdən çəkinməməlidir. Ofisdə daha az çalışan və növbəli iş, ya da evdən iş görmək kimi tətbiqlər insanlar arasındakı təması azaldır. Ayrıca bu xəstəliyin əlamətlərini özündə görənlər dərhal xəstəxanaya getməlidir. Çin, vəziyyətin ciddiliyini ifadə edə bilmək üçün xəstəliyini qəsdən gizləyənlərin ağır şəkildə cəzalandırılacağını açıqlamışdı məsələn. Burada vəziyyətə ciddiliklə yaxınlaşılmasının və tədbirlərin sürətli bir şəkildə həyata keçirilməsinin, virusun yayılmasının maneə törədilməsi mövzusunda böyük təsirə sahib olduğunu gördük. Bütün müddət boyunca təmkinli, lakin sağlamfikirli hərəkət etmək lazımdır.
Hazırladı: Turan