“Pelosinin ayağı dəyən yerdə münaqişə alovlanır”
Yusif Nəzərli
13:01 20.09.2022
Aktual
503
“Ermənistana səfərdəki əsas məqsəd isə Rusiyadır. ABŞ burda Rusiyaya qarşı çəpər yaradır”
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi son dönəmlərdə etdiyi səfərlər qızışdırıcı mahiyyəti ilə yadda qalır. Onun Tayvan səfərinə diqqət çəkək. N.Pelosi Çinin xəbərdarlıqlarına baxmayaraq avqustun 2-də Tayvana səfər etdi. Rəsmi Pekin Pelosinin adaya səfərini ABŞ-nin Çinin daxili işlərinə qarışması kimi qiymətləndirdi. Spiker isə səfərin əsas məqsədinin hazırkı status-kvo üzərində qurulmuş güclü əlaqələri qorumaq olduğunu bildirdi. Daha sonra Pelosi Azərbaycan-Ermənistan sərhəddində gərginliyin yarandığı həssas dövrdə, sentyabrın 17-də Ermənistana da səfər etdi. Səfər zamanı o verdiyi açıqlamalarla açıq şəkildə separatizmə dəstək nümayiş etdirdi. Üstəlik, Azərbaycanı Ermənistan ərazisinə hücumda ittiham etdi.
Politoloq İlqar Vəlizadə amerikalı xanım spikerin hər iki "qıcıqlandırıcı" səfərindən “Sherg.az”a danışarkən bildirib ki, Pelosi hansı coğrafi məkanlara səfər edirsə, orda münaqişə alovlanır:
"O, Ukrayna, Tayvan daha sonra isə Ermənistanda səfərdə oldu. Məlumdur ki, Ukraynada hazırda Qərblə Rusiya arasında müharibə gedir.
Tayvan Qərblə Çin arasında olan münaqişəli bir zona hesab olunur. Ermənistana səfərdəki əsas məqsəd isə Rusiyadır. ABŞ burda Rusiyaya qarşı çəpər yaradır. Biz hər zaman demişik ki, Rusiya ilə Qərb arasında toqquşma meydanı olmaq istəmirik. Məqsədimiz o deyil.
Amma Pelosinin yürütdüyü siyasət digər ölkələri buna vadar edir. Ermənistan siyasi rəhbərliyi bizim siyasi rəhbərlikdən fərqli olaraq dar düşüncəli adamdır.
Düşünür ki, ABŞ-ın maraqlarını regiona gətirməklə Amerikanın “əli” ilə Azərbaycana təzyiq göstərə bilər. Daha bilmir ki ABŞ heç vaxt alət olmayıb, əksinə hansısa dövləti alət edib.
Onun öz maraqları var. Amerika regiona Ermənistanın deyil öz maraqlarını təmin etmək üçün gəlir. Əsas məqsəd isə Rusiyanı bu regionda zərərsizləşdirib, Amerikanın maraqlarını dominant vəziyyətə gətirmək, Qərbin dominantlığını təmin etməkdir. Ermənistan bir neçə il bundan öncə Rusiyanın əlində alət idi. Onlar alət missiyasına öyrəşiblər. İndi biz Rusiyanı inandırdıq ki, Ermənistan onun üçün heç də arzuolunan alət sayıla bilməz.
O , Ermənistanın “əli” ilə bu regionda heç nə edə bilməz. Əksinə rəsmi Moskva regional iştirakçılar ilə normal münasibət quraraq öz mənfəətini təmin edə bilər. Ermənistan gördü ki, Rusiyanın əlində alət kimi çıxış edə bilmir, öz alət rolunu Amerikaya təqdim etdi.
Təəssüflər olsun ki , indi Ermənistan özü Qərb- Amerika çəkişməsinə qatılmaqla kifayətlənmir Azərbaycanı da ora çəkir. Ermənistanın bu siyasəti Amerikanın bəzi siyasi dairələri üçün əlverişli sayılır və onlar da bundan öz xeyirlərinə istifadə edirlər" .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya