Pendarovski Bakı Forumunda: "Zəmanəmizin ən böyük və ən çətin çağırışları müzakirə edilir"
Yusif Nəzərli
15:22 18.06.2022
Aktual
355
Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumuna videomüraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, Forum iştirakçılarına ən xoş arzularımı çatdıran Şimali Makedoniya Prezidenti üzrlü səbəbdən Bakıya gələ bilmədiyinə görə təəssüfləndiyini vurğulayaraq deyib: “Hörmətli cənab Prezident İlham Əliyevə belə görkəmli şəxsiyyətləri bir araya gətirən Forumu himayə etdiyinə görə ən dərin ehtiramımı bildirirəm. Əminəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə üç gün ərzində bu tədbirdə zəmanəmizin ən böyük və ən çətin çağırışları müzakirə ediləcək. İnanıram ki, müdriklik və dərin siyasi təcrübə məhsuldar debatlara töhfə verərək, yalnız vəziyyətin təhlili deyil, problemlərin həll yolları tapılmasına da kömək edəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə Qərbi Balkan ölkələrini öz təşəbbüslərinə tez-tez qoşduğu üçün xüsusilə minnətdaram”.
Ötən ilin sentyabrında Nyu-Yorkda keçirilən görüşdə pandemiya, təhlükəsizlik məsələlərini və Avro-Atlantik məkanda vəziyyəti müzakirə etdiklərini xatırladan Stevo Pendarovski deyib ki, həmin tədbirdə dialoqun cəmiyyətin problemlərinin həlli zamanı istifadə olunacaq yeganə yol olduğu ilə bağlı razılığa gəldik. Balkan xalqları olaraq biz bunu yalnız kitablardan deyil, elə də uzaq olmayan keçmişimizdən bilirik. Müharibələrin təsiri indiyədək davam edir. COVID-19-un başa çatdığı bir vaxtda gözlənilmədən heç kimin ağlına gətirməyəcəyi hadisə baş verdi. Ötən dörd ay ərzində Ukraynadakı müharibə təsdiq etdi ki, artıq regional savaş deyə bir məfhum yoxdur. Artıq bütün münaqişələr qlobaldır.
“Əziz dostlar, hazırkı dünya daha əvvəl rast gəlinməmiş təhdidlərlə üz-üzədir. Gündəlikdə duran iqlim dəyişikliyi, Minilliyin İnkişaf Məqsədləri kimi mühüm mövzular üzərində eyni anda çalışarkən, pandemiya hələ də davam edərkən, fevralın 24-dən bəri bizim ən əsas prioritetimiz Ukraynada sülhü bərpa etmək və yaşayış üçün əhəmiyyətli olan sahələrdə tənəzzülünün qarşısını almaq olub”, - deyən Şimali Makedoniya Prezidenti qətiyyətlə inandığını bildirib ki, bəşəriyyət üçün bu çətin dövrdə sadə insanlarla siyasi liderlər birləşib məntiqli çıxış yolu tapacaqlar. Hamımızın istəyi budur ki, təcavüzün deyil, sülhün bərqərar olduğu dünyada yaşayaq. Əgər qeyri-sabitliyi daimi olaraq yeni norma kimi qəbul etsək, gələcək nəsillər bu dəhşətli səhvə görə bizi heç vaxt bağışlamayacaqlar.
Sonda təşkilatçılara minnətdarlığını bildirən Stevo Pendarovski Forum iştirakçılarına səmərəli müzakirələr arzulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya