Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 376 nəfər vaksin vurulub.
Bakupost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci doza üzrə 118, ikinci doza üzrə 101, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 134-dür. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 23-dür.