PKK-nın ləğvi bölgədə siyasi və ideoloji status-kvonun dəyişilməsi kimi qiymətləndirilməlidir -ŞƏRH
08:28 14.05.2025
Aktual
680
"PKK-ın yaranmasında milli azadlıq, sinfi bərabərlik uğrunda mübarizə aparmaq, kurdlərin haqlarını müdafiə etmək məqsədini daşıdığı iddia edilirdi. Əslində isə heç kimə sirr deyildi ki, bu daha çox beynəlxalq və regional güclər arasında balans, qarşıdurmalarla əlaqəli idi. Bu baxımdan zaman-zaman müxtəlif ölkələrin dəstəyi və ya təsiri altına düşərək təkcə bir terror təşkilatı deyil, həm də regional güclər üçün bir vasitəyə çevrilib. Əsasən də Türkiyə kimi bir dövlətə təsir göstərmək, iqtisadi-siyasi-hərbi gücünün inkişafına, möhkəmlənməsinə mane olmaq və beynəlxalq güc kimi özünü formalaşmasının qarşısını almaq məqsədini daşıyırdı".
Bu sözləri Sherg.az-a açıqlamasında Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov bildirib.
O qeyd edib ki, uzun müddət idi ki, terror təşkilatı olaraq fəaliyyət göstərən PKK Türkiyənin bir çox ərazilərində böyük terror aktlarını həyata keçirməklə və qarşıdurma yaratmaqla minlərlə hərbçinin, polis əməkdaşının, mülki şəxslərin həyatına son qoyub:
"Habelə, Türkiyədə uzunmüddətli qeyri-sabitlik, narahatlıq mühiti yaratmaqda, ölkənin iqtisadi-siyasi-mədəni inkişafına, dünyayaya inteqrasiyasına, beynəlxalq imicinə mənfi təsir göstərməkdə idi.
PKK-nın terror təşkilatı kimi tanınması Türkiyənin beynəlxalq miqyasda apardığı təhlükəsizlik siyasətində haqlı olmasına baxmayaraq, bu məsələ ətrafında yaranan mübahisələr və bəzən Qərb ölkələrinin PKK-ya dolayı dəstəkləri, Türkiyənin diplomatik əlaqələrinə də mənfi təsir edib. Suriya və İraqdakı qolları (PYD/YPG) ilə bağlı məsələlərdə yaranan fikir ayrılıqları, təşkilata qarşı mübarizə sərt təhlükəsizlik tədbirləri Türkiyənin xarici siyasətinə müəyyən mənada zərbə vurub və bəzi “narahatlıqlara” səbəb olub. Bir çox hallarda beynəlxalq aləmdə tənqidlərə yol açıb. Bütün bunlara baxmayaraq Türkiyə özünün hərbi-siyasi-iqtisadi gücününün inkişaf etdirilməsi istiqamətində atdığı addımları, silahlı qüvvələrin terrorçularla mübarizədə nümayiş etdirdiyi peşəkarlığı onu regional müstəvidən beynəlxalq müstəviyə yüksəlməsinə şərait yaradıb. Eyni zamanda müasir dünya düzəninin formalaşdığı bir dövrdə həlledici bir aktora çevrilməsinə imkan verib. Xüsusən də Cənubi Qafqazda, Suriyada geosiyasi üstünlüyün əldə olunması, Ukrayna-Rusiya müharibəsində, o cümlədən Avropa-Rusiya münasibətlərində təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaması onun nüfuzunun artmasına səbəb olub.
Son aylarda PKK kimi digər terror təşkilatları olan Həmas və Hizbullaha qarşı mübarizədə əldə olunan nəticələr onların ciddi formada zəifləməsinə gətirib çıxarıb. Bununla belə geosiyasi güclərin proksi qüvvələr kimi onlara verdikləri hərbi-siyasi dəstəyin qarşısının alınması bu prosesi surətləndirmiş və siyasi məqsədlər üçün istifadədə əhəmiyyətinin azalmasına təkan verib. Belə olan təqdirdə hazırkı dövr üçün siyasi mahiyyət daşıdığı etimal olunsa da belə, hər bir halda PKK-nın özünü ləğvi etməsini böyük etimalla yuxarıda qeyd olunan səbəblərlə əlaqələndirmək olar".
Ramid Hüseynovun sözlərinə görə, təşkilatın ləğvi təkcə terrorçu-silahlı qrupun sıradan çıxarılması deyil, ümumilikdə bölgədə siyasi, diplomatik və ideoloji status-kvonun dəyişilməsi kimi qiymətləndirilməlidir:
"Türkiyə üçün isə suverenliyini və ərazi bütövlüyünü qoruması, milli təhlükəsizliyi təmin etməsi yolunda ölkədaxili və beynəlxalq müstəvidə böyük uğuru hesab etmək olar. Təşkilatın ləğvi Türkiyənin daxilində siyasi sabitliyin, milli birliyin möhkəmlənməsinə, mövcud problemlərin siyasi dialoq və demokratik prinsiplər çərçivəsində həllinə, ABŞ və Avropa İttifaqı ilə münasibətlərində beynəlxalq aktor kimi mövqeyinin güclənməsinə müsbət təsir göstərə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya
BƏƏ: İran qonşu ölkələrə kompensasiya ödəməlidir
15:56 07.04.2026
Dünya
Ararat Mirzoyan və Kaya Kallas arasında telefon danışığı olub
15:43 07.04.2026
Gündəm
SEPAH qonşu ölkələri təhdid etdi
15:36 07.04.2026
Gündəm
"Mehr": ABŞ və İsrail İranın Xarq adasına zərbələr endirib
15:20 07.04.2026
Gündəm
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi
14:46 07.04.2026
Mədəniyyət
İrana qarşı nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edildi
14:22 07.04.2026
Gündəm