
Politoloq: Sülh danışıqları iki ölkə arasında aparılacaq
Yusif Sultanoğlu
03:37 23.11.2023
Aktual
503
Ermənistanın bu variantlardan imtina etməsi açıq-aşkar göstərəcək ki, İrəvan Qərbin əlində oyuncağa çevrilib
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı edib. Vurğulanıb ki, qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır: “Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik”. Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla mümkün sülh sazişinə dair altıncı təkliflər paketinin göndərildiyini açıqlayaraq iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanların olduğunu vurğulayıb: "Rəsmi İrəvan, bütün çətinliklərə və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanın mövcudluğuna inanır. İkitərəfli siyasi iradə olarsa, reallaşa bilər". Bundan başqa Ermənistan XİN-dən bildirilib ki, rəsmi Bakının sərhəddə görüş keçirmək barədə təklifinə cavab olaraq, iki ölkənin dövlət sərhədində delimitasiya komissiyalarının iclasını keçirməyə dəvət edib.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında bildirib ki, İrəvan-Bakı sülh danışıqlarının Qərb və ya Moskva olmadan başqa formatlarda aparılması mümkün və zəruridir. Analitik qeyd edib ki, Ermənistan Moskvanın variantlarını qəbul etmir və Rusiyada hər hansı müzakirələrdə iştirak etməkdən qəti şəkildə imtina edir:

"Qərbin son dövrlər tutduğu ədalətsiz mövqe Azərbaycanı həm Brüsseldə, həm Vaşinqtonda keçirilən sülh danışıqlarında iştirak etmək imkanından məhrum edir. Yəni bu dərəcədə ədalətsiz mövqe tutan dövlətlərin, yaxud beynəlxalq təşkilatların vasitəçiliyi ilə müzakirələr keçirmək bizim üçün qəbuledilməzdir. Çünki Fransa Prezidenti E.Makron açıq şəkildə etiraf edirdi ki, o, Ermənistandan daha çox Azərbaycan rəhbərliyinə təzyiq göstərməyə çalışır. Əslində, Makron "ədalətsiz mövqe tuturam" demək istəyirdi. Bu, Vaşinqton üçün də keçərlidir. Sonuncu Qranada sammitində Aİ Şurasının prezidenti Şarl Mişel də Ermənistanın üç prinsipini xırda dəyişikliklərlə qəbul etdiklərinə dair sənədə qol çəkib. Yəni Ş.Mişel "mən də Ermənistan mövqeyindəyəm" deyib".
A.Səmədov vurğulayıb ki, çıxış yollarından biri sülh danışıqlarını Gürcüstanda aparmaqdır:
"Bunu Azərbaycan Prezidenti xeyli əvvəl təklif etmişdi və hələ də qüvvədədir. Yaxud da qeyd olunduğu kimi sərhəddə görüşmək, ikitərəfli danışıqlar aparmaq olar. Ermənistanın bu variantlardan imtina etməsi açıq-aşkar göstərəcək ki, İrəvan Qərbin əlində oyuncağa çevrilib. Aydın olacaq ki, Ermənistan sülh sazişinə nail olmaq üçün heç bir real addım atmaq fikrində deyil. Ümid edək, vəziyyətdən çıxmaq üçün Azərbaycanın təklif etdiyi variantları Ermənistan nəhayət qəbul edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə