
Politoloq: “Zəngəzur dəhlizi olmayacaq” demək həyasızlığın son həddidir
Yusif Nəzərli
11:05 25.05.2025
Aktual
750
Bizim İranla münasibətlərimizin normallaşmasından ötrü bütün cəhdlərimiz sanki sonunda boşuna gedir
"Heç bir məsələ zorla həll edilə bilməz, heç bir Zəngəzur dəhlizi olmayacaq". Bu sözləri mayın 22-də İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani Azərbaycanın Zəngəzur dəhlizini güc yolu ilə açmağa cəhd edəcəyi təqdirdə İranın nə etmək niyyətində olduğu sualına cavab verərkən deyib.
İran səfirinin bəyanatı Azərbaycanın bölgədə yaratmaq istədiyi nəqliyyat dəhlizi kontekstində ciddi siyasi siqnal kimi qiymətləndirilir və bir neçə aspektdən Azərbaycanın maraqları ilə toqquşur.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizinin yaradılması hərbi müdaxilə deyil, beynəlxalq hüquq və 2020-ci il razılaşmaları çərçivəsində həyata keçirilməlidir. İranın “zorla dəhliz açılması” ehtimalı üzərindən danışması Azərbaycanın bu məsələdəki hüquqi və diplomatik yanaşmasına uyğun gəlmir.
İranın sərt ritorikası regionda sabitliyin bərqərar olmasına deyil, gərginliyin artmasına səbəb ola bilər. Azərbaycan hesab edir ki, Zəngəzur dəhlizi Ermənistan, Rusiya, İran və digər qonşu dövlətlər üçün də faydalı ola bilər və bu əməkdaşlığa dəstək verilməlidir.
İran səfirinin “heç bir dəhliz olmayacaq” ifadəsi Azərbaycanın suveren iradəsinə qarşı açıq mesaj kimi dəyərləndirilə bilər. Bakı bu cür bəyanatları ölkənin daxili və regional iqtisadi siyasətinə müdaxilə kimi qiymətləndirə bilər.
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi “Sherg.az"a bildirib ki, Türkiyə Prezidenti cənab Ərdoğanın daxili auditoriyaya hesablanmış 16-cı əsrdə baş vermiş Çaldıran döyüşünün nəticələri barədə qısa açıqlmasından sonra İran bütün ünsürlərini işə salaraq çirkin təbliğat başladıb:

“Hazırda İran televiziyaları ”Çaldıran şəhidləri” adı altında tədbirlər keçirir və efirlərdən kin qusurlar. Bizim İranla münasibətlərimizin normallaşmasından ötrü bütün cəhdlərimiz sanki sonunda boşuna gedir. Eyni münasibəti biz Ermənistandan da görmüşük. Aylarla və illərlə hər hansı bir problemin həll edilməsi üçün ilkin razılığa gəldiyimiz zamanlarda münaqişənin aradan qaldırılmasından ötrü bir cəhd və ya bir imzanın atılmasının gərəkliyində hər dəfə bəhanələrlə əməkdaşlıqdan yayınıblar. 30 ilə yaxın davam edən sülh danışıqlarımızı Paşinyan “Qarabağ Ermənistandır” deməklə bitirdisə, bu dəfə Zəngəzur məsələsində uzunçuluq edirlər. Ermənistan tərəfi bu məsələdə Fransa, Rusiya və İrandan ciddi dəstək alır. Lavrovun bu yaxınlarda Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlərin ardından İranın “Zəngəzur dəhlizi”nin mümkün olmayacağını dilə gətirməsi həyasızlığın son həddidir. Bu, ən azından iki dövlətin imzalayaraq razılaşdığı məsələyə maneçilik törətmək cəhdi kimi qiymətlənirilməlidir və bu istiqamətdə də İrana diplomatik cavab verilməlidir”.
V.Əfəndi qeyd edib ki, Ukrayna müharibəsində ilişib qalmış Rusiya indiki şəraitdə Qafqaza açıq müdaxilə edə bilmədiyi üçün tərəfdaşları ilə birgə hərəkət etməklə Azərbaycanın Türkiyə ilə gündən-günə yaxınlaşan əlaqələrini sarsıtmağa çalışır. Bu isə Rusiyanın artıq gizlətmədiyi SSRİ-nin bərpası planının tərkib hissəsidir. SSRİ isə qəbirə qoyulmuş meyitdir və bir daha xortdamayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol