Prezident: "Heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz"
15:12 23.10.2019
Aktual
453
"Biz indi dünyada gedən proseslərə diqqətlə baxırıq və görürük ki, hansı ölkələr iqtisadi cəhətdən başqa ölkələrdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılıdırsa, o ölkələr müstəqil siyasət apara bilməz, o ölkələr bir növ böyük ölkələrin girovuna, alətinə çevrilir".
Bunu Prezident İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Dövlət başçısı deyib: "O ölkələrin hökumətlərini bəzi hallarda öz xalqına, öz milli maraqlarına görə istifadə etmək üçün onlara təzyiq edilir və onlar bu təzyiqə davam gətirə bilmir. Bizə də təzyiq göstərilir və mənim Prezident kimi fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxalanırıq. Son müddət ərzində keçirilən rəy sorğuları göstərir ki, bizim hökumətimizə ictimai dəstək nə qədər yüksəkdir. O cümlədən Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında, - mən bunu səsləndirdim, - hakimiyyətə olan inam baxımından biz dünya miqyasında ön sıralardayıq. Ona görə iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır. Buna nail olmaq üçün biz gələcək illərdə çox böyük səylər göstərməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət