Prezident Qusmanı "Şərəf" ordeni ilə təltif etdi
16:05 28.01.2020
Aktual
507
Moldova Prezidenti İqor Dodon beynəlxalq mövzularda yazan jurnalist, TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı “Şərəf” ordeni ilə təltif edib. Moldova dövlətinin başçısının fərmanında deyilir:
“M.Qusman yüksək mükafata dövlətlərarası dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsinə və genişlənməsinə əhəmiyyətli töhfəsinə dərin minnətdarlıq əlaməti olaraq layiq görülüb”.
Moldova Prezidenti 70 illik yubileyi münasibətilə Qusmana təbrikində dünya jurnalistikasına, “jurnalistlərin və oxucuların bir çox nəsilləri üçün keyfiyyətli və səlis iş rəmzi olan, dünyanın ən iri və qocaman agentliklərindən biri statusunu təsdiq edən TASS-ın mövqeyinin möhkəmlənməsinə, rus mətbuatının güclənməsinə” onun töhfəsini qeyd edib.
Mixail Qusman 1950-ci il yanvarın 23-də Bakıda anadan olub. O, Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu və Bakı Ali Partiya Məktəbinin jurnalistika fakültəsini bitirib. 1995-ci ildə “ANKOM-TASS” Beynəlxalq Analitika Agentliyinin vitse-prezidenti təyin edilib, 1998-ci ildə İTAR-TASS-ın Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinə başçılıq edib. 2000-ci ilin oktyabrında RF Prezidentinin fərmanı ilə agentliyin baş direktorunun birinci müavini təyin edilib.
Qusman Dünya Rus Mətbuatı Assosiasiyasının (DRMA) məsul katibi, Dünya İnformasiya Agentlikləri Şurasının (DİAŞ) vitse-prezidentidir. O, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti vəzifəsini də tutur.
Onun “Hakimiyyət formulu” müəllif layihəsi təqribən 20 ildir efirə çıxır. Silsilə televiziya verilişlərinin yaradıcısı ədəbiyyat və incəsənət sahəsində Rusiya Federasiyasının Dövlət mükafatına layiq görülüb. Jurnalist RF-nin Əməkdar mədəniyyət işçisidir, “Dostluq” ordeni, “Şərəf” ordeni, IV dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni ilə təltif edilib. Qusman jurnalistika sahəsində beynəlxalq mükafatların laureatıdır, uzun illərdir UNESKO nəzdində fəaliyyət göstərən Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramda Rusiyanı təmsil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi